BAKU Azərbaycan
21.15°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1054
  • TRY
    0.044
  • GBP
    2.2665
68173

Müdafiə Nazirliyinin (MN) Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Valyuta.az “Report”a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bayram Bayramov və Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə apellyasiya şikayəti üzrə çıxış ediblər. 

Təqsirləndirilən Bayram Bayramov ittihamla razılaşmadığını bildirib. O deyib ki, korpusun bütün maliyyə xidmət rəislərinin mənimsədiyi məbləğlər onun adına yazılıb:

"Bir neçə epizod üzrə mənim adıma artıq pullar yazılıb. Həmçinin bir hərbi hissədə mənim və hərbi hissənin maliyyə xidmət rəisinin iştirakı olmadan yoxlama aparılıb. 2022-ci ildə Rəfail Xələfov və digər təftişçilər yoxlamaya gəlmişdilər. Aşkarlanan məbləğin 60 faizi onlara verilib, lakin Rəfail Xələfov ifadəsində bunu boynuna almayıb. O, cəmi 950 min manat mənimsədiyini təsdiqləyir, onun 313 min manatını da guya, mənə verdiyini deyib". 

Müttəhim Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin sözlərinə görə, birinci instansiya məhkəməsində ifadə verən maliyyə xidmət rəisləri və digər şahidlər Nizami Məmmədovun adını çəkməyiblər:

"Nizami Məmmədovun adına 18 milyon 600 min manat pul yazılıb. Bu pulun da 12 milyon manatdan çoxu istintaq orqanının depozit hesabına ödənilib. Lakin məhkəmə müvəkkilimin dəymiş ziyanın qismən ödədiyi qənaətinə gəlib. Bu məbləğ ümumi məbləğin 70 faizinə bərabərdir. Bunun qarşılığında müvəkkilimə 11 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası verilib".

Vəkil deyib ki: "Bu mexanizm Nizami Məmmədovdan əvvəl də olub. Bunu o, özündən çıxartmayıb. İş üzrə dindirilən bütün şahidlər ifadələrində inspeksiya ilə bağlı pul verdiklərini deyiblər. Bu üsulla N.Poladova Nizami Məmmədovun adından pul verilib. Bu pul Nizami Məmmədovun adına yazılmış 18 milyon 600 min manatdan çıxılmalıdır".

Vəkil Rəşad Mirmehdizadə əlavə edib ki, müvəkkili Nizami Məmmədovun adına başqa bir epizod üzrə 2 milyon 300 min manat pul yazılıb. O, bu pulun Müdafiə Nazirliyində keçirilən tədbirlərə xərcləndiyini deyib. 

Müdafiəçinin sözlərinə görə, ibtidai istintaqın ilk dövrlərində mənimsənilən məbləğlər 80 milyon manat göstərilsə də, bununla bağlı hər hansı bir sənəd mövcud olmayıb:

"Sonra məbləğ daha da acınacaqlı şəkildə qaldırılaraq 143 milyon manat müəyyən olundu. Qeyd edim ki, indiyə kimi bu iş üzrə dövlətə 40 milyon manata yaxın ödəniş olunub. Bu vəsait az məbləğ deyil. Həmçinin bizim birinci instansiya məhkəməsində toxunduğumuz məsələlərdən biri də Rəfail Xələfovun bu işin ortasında olmağıdır. Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsinin müxtəlif şöbələri olub. Rəfail Xələfov da nəzarət-təftiş şöbəsinin rəisi kimi bölgünü özü müəyyən edib". 

Vəkil Rəşad Mirmehdizadə vurğulayıb ki, ittiham aktında qeyd olunan müvəkkilinin mənimsədiyi məbləğdən 4 milyon manata yaxın məbləğ çıxılmalıdır: "Cinayət işi üzrə şahid qismində ifadə verən S.Abbasov və N.Cabbarov istintaq dövründə ərizə ilə müraciət edib. S.Abbasov 2 milyondan çox, N.Cabbarov isə 300.000 manat pul mənimsədiyini və bunu hissə-hissə qaytarılmasına şərait yaradılmasını istəyiblər. Bunun üçün də həmin məbləğdən 4 milyon manat çıxılmalıdır”.

Məhkəmə prosesi mayın 5-də davam edəcək. 

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb.Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

3 manata satılan kabablar hansı ətdən hazırlanır? - VİDEO

Mərkəzi Bank “Azəridmanservis”ə protokol yazdı, məhkəmə icraata xitam verdi

ABB-nin rəhbərliyi bankdan nə qədər qazanır?

Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

AFB Bank: Banka gəlmədən kredit götürmənin yeni dövrü – “Başdan Başa” layihəsi®

Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - Müsahibə

Prezident Rəşad Nəbiyevə yeni vəzifə verdi - SƏRƏNCAM

Azərbaycana gətirilən bu məhsullar gömrük rüsumundan azad edilir

Azərbaycana gətirilən bu məhsullar gömrük rüsumundan azad edilir

İlham Əliyev yeni rektor təyin etdi

Azərbaycanla Pakistan arasında saziş təsdiqlənəcək

“Qarabağ” gəlirlərini açıqladı - 34 milyon

“Azərenerji” 24 milyon manatlıq günəş enerjisi layihəsi elan edib

Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA

AZAL: Pakistan və Hindistan reysləri bərpa edilir

Ərəb iş adamının rəhbəri olduğu şirkətin külli miqdarda vergi borcu var

"Google" üç yeni atom elektrik stansiyasının tikintisini maliyyələşdirəcək

Naxçıvanda vergi daxilolmaları 14,4 milyon manat artıb

Şəxsi layihəni uğurla həyata keçirmək üçün 7 tövsiyə

Vergi borcu olan sağlamlıq mərkəzi yenidən təşkil olunur

Selena Gomezin “Wondermind” startapında maliyyə çətinliyi - Anası evini girov qoydu

Avstraliyada yeni hökumət quruldu

ING neftin ucuzlaşmasının Azərbaycana təsirlərini açıqladı

ING neftin ucuzlaşmasının Azərbaycana təsirlərini açıqladı

“Gibetron” şirkətinin rəhbərinə “stop” qoyuldu

Gələn ay 13 gün iş olmayacaq - Bu tarixlərdə....

Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9,4 faiz artıb

Gecikdirilmiş 110 min manata yaxın vəsait işçilərə ödənildi

"Tesla" 10 min işçisini ixtisar edəcək

İcra hakimiyyəti vətəndaşın evini sökdürdü - VİDEO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin