BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.128
  • TRY
    0.0435
  • GBP
    2.2849
68153

İtaliya rəqabət orqanı məşhur Roma Kolizeyinə bilet satışında manipulyasiya və süni məhdudiyyətlər yaratdıqlarına görə bir bilet satış şirkəti və altı turizm operatoruna 20 milyon avro məbləğində cərimə tətbiq edib. 

Valyuta.az xəbər verir ki, bilet alışı ilə bağlı şikayətlər fonunda başlanan araşdırma, ölkənin ən məşhur tarixi abidəsinə çıxışın necə məhdudlaşdırıldığını ortaya qoyub.

İtaliyanın Rəqabət və Bazarlar üzrə Qurumunun (AGCM) 7 aprel 2025-ci il tarixində verdiyi açıqlamada qeyd olunur ki, cərimələnənlər arasında Kolizeyə rəsmi bilet satışını 1997–2024-cü illər arasında həyata keçirən "CoopCulture" şirkəti də var. Bu şirkət 7 milyon avro cərimələnib. Səbəb isə avtomatik bilet yığımı və bu biletlərin öz tur paketləri üçün kütləvi şəkildə saxlanılmasına qarşı lazımi tədbirlərin görülməməsidir.

Rəqabət qurumu bildirir ki, şirkətin bu davranışı, İtaliyanın ən çox ziyarət edilən turistik məkanına standart qiymətə bilet almağın “əhəmiyyətli və davamlı şəkildə mümkünsüz” olmasına səbəb olub. Beləliklə, turistlər ya çox əvvəlcədən rezervasiya etməyə, ya da əlavə xidmətlərlə birlikdə daha bahalı bilet paketləri almağa məcbur qalıblar.

AGCM həmçinin altı beynəlxalq turizm operatorunu – "Tiqets International B.V.", "GetYourGuide Deutschland GmbH", "Walks LLC", "Italy With Family S.r.l.", "City Wonders Limited" və "Musement S.p.A." – proqramlaşdırılmış robotlar (botlar) vasitəsilə biletləri kütləvi şəkildə əldə edib, daha sonra onları ekskursiyalar və ya prioritet giriş kimi əlavə xidmətlərlə birgə daha baha qiymətə satdıqları üçün cərimələyib. Bu fəaliyyətlər nəticəsində rəsmi vebsayt – "CoopCulture"da biletlər sürətlə tükənib.

Qeyd olunur ki, bu araşdırma 2023-cü ilin iyul ayında, istehlakçılar tərəfindən rəsmi qiymətlərlə onlayn bilet almanın demək olar ki, mümkünsüzlüyü ilə bağlı çoxsaylı şikayətlərdən sonra başladılıb.

Bildirildiyinə görə, 2025-ci ildə Roma "Yubiley 2025" adlı mühüm dini tədbiri qeyd edir. Bu səbəbdən də, Avropanın ən çox turist cəlb edən şəhərlərindən biri olan Roma bu il daha da sıx olacaq. Belə şəraitdə Kolizey kimi məşhur məkanlara giriş üçün biletləri aylar öncədən bron etmək və uzun növbələrə hazır olmaq tələb olunacaq.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dividendin hüquqi və maliyyə əsasları – Kimlərə verilir?

"Sebasten İnşaat"ın rəhbərinə “stop” qoyula bilər

Dünyanın ən kiçik, lakin bahalı restoranı: "Solo Per Due"

Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI

Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI

"Samsung Galaxy Z Flip 7"nin sızan test nəticələri məyus etdi

Türk iş adamına məxsus şirkətin xeyli miqdarda vergi borcu üzə çıxdı

Magistraturaya qəbul imtahanında ən yüksək bal toplayanlar kimlərdir?

Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

“Azeri Med” MOM-un daha bir iri məbləğli tenderinin qalibi oldu

ABŞ tarifləri şirkətlərin 34 milyard dollar itirməsinə səbəb olub

Bir damla qanla milyardlarla dollar - "The Inventor" fırıldağının hekayəsi

Bu universitet müəllim axtarır - Maaş 6 mindən YUXARIDIR

Bu universitet müəllim axtarır - Maaş 6 mindən YUXARIDIR

Bu məhsul Azərbaycana ucuz gəlir, baha satılır

Bakının bu küçəsi yenilənir

İlin əvvəlində 1.4 milyonluq tenderin qalibi olan sahibakara eyni qurumdan daha bir sifariş

Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək

Bu lampalara görə 5 min cərimələnəcəksiniz

10 manatlıq şirkətin yarım milyon manata yaxın vergi borcu üzə çıxdı

10 manatlıq şirkətin yarım milyon manata yaxın vergi borcu üzə çıxdı

Nazir generalın yerinə bu xanımı gətirdi

Bakıda dağ satışa çıxarıldı

Azərbaycanda ilk: Bu qadınlar 1460 manat alacaq

Bu ödənişin məbləği 10 dəfəyədək artırılır

Mərkəzi Bankda iki təyinat

Restoranlarda verilən qurbağa əti ilə bağlı Açıqlama

Ermənilərin 30 milyon dollarlıq dələduzluq işi üzrə ifşa əməliyyatının təfərrüatları - Video

Natiq Quliyev və qardaşları “Bank Respublika”dan nə qədər qazanır? - Rəqəmlər

Natiq Quliyev və qardaşları “Bank Respublika”dan nə qədər qazanır? - Rəqəmlər

TuranBank DOST Agentliyi ilə birgə həssas qrupdan olan uşaqları sevindirib®

"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

Elektrik ixracından əldə olunan gəlirlər azaldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin