BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
68150

Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung Electronics" 2025-ci ilin ilk rübündə analitiklərin proqnozlarından daha yüksək gəlir əldə edib.

Valyuta.az xəbər verir ki, yanvar-mart aylarında şirkətin əməliyyat mənfəəti 6,6 trilyon von (təxminən 4,49 milyard ABŞ dolları) təşkil edib. Bu göstərici bazar gözləntiləri ilə müqayisədə (5,1 trilyon von) xeyli yüksəkdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə mənfəət cəmi 0,2% azalsa da, analitiklər bu azalmağı cüzi hesab edir və nəticəni ümumilikdə müsbət qiymətləndirirlər. Mənfəətin bu səviyyədə qalmasına əsas səbəb kimi yaddaş çipləri və smartfonlara olan güclü tələbat göstərilir.

"Hyundai Motor Securities"in araşdırma rəhbəri Qreq Ro bildirib ki, ABŞ-da tətbiq oluna biləcək rüsumlara qarşı ehtiyatlanan müştərilər əvvəlcədən böyük miqdarda çip alıblar və bu da "Samsung"un satışlarını artırıb. Onun sözlərinə görə, çip qiymətləri ucuzlaşsa da, müştərilərin qabaqcadan alış etməsi şirkətin maliyyə göstəricilərinə müsbət təsir edib.

Bundan əlavə, müsbət nəticələr səhmlərə də təsir edib. "Samsung" səhmləri ilkin açıqlamadan sonra səhər saatlarında 2,6% bahalaşıb. Bu göstərici Cənubi Koreya birjasının əsas göstəricisi olan KOSPI indeksindəki 1,6%-lik artımı da geridə qoyub.

Xatırladaq ki, "Samsung" 2024-cü ilin ilk rübündə 6,61 trilyon von, sonuncu rübdə isə 6,49 trilyon von mənfəət əldə etmişdi. Şirkət 30 aprel tarixində 2025-ci ilin ilk rübü üzrə ətraflı maliyyə hesabatını təqdim edəcək.

Sərvanə Rəmixanova 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple" "iPhone"u niyə ABŞ-da istehsal etmir?

"AzToyuq"da vergi yoxlaması: Pozuntular aşkarlandı

Bandvagon effekti - Kütlə bazar qiymətlərini necə formalaşdırır?

Marsa 4 aya çatmaq mümkündürmü? - Bu raketlə bəli (VİDEO)

10 manatlıq şirkətin vergi borcu var

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

2025-ci ilin ilk rübündə ən çox satılan ağıllı telefon bu olub

Nyu-York sakinləri maaşlarını "Bitcoin"lə ala biləcək

İnnovasiya və Təchizat Mərkəzi 700 min manatlıq şpris alır

General Mehdiyev vəzifəsindən azad edildi

Döymə, pizza və toy -"&pizza" brendinin marketinq hekayəsi

“Sərvət İnşaat”ın külli miqdarda vergi borcu üzə çıxdı

"Nvidia" gəlir rekorduna imza atdı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bu universitet üçün kampus tikiləcək

Dünyada ən populyar smartfonlar açıqlandı

Bu qadınlar pensiyaya 5 il tez çıxır

40 illik tort dilimi 4,250 manata satıldı - Milyon dollarlıq ləzzətlər

Azərbaycanın ixracdan ən çox qazanc götürdüyü məhsullar - SİYAHI

Azərbaycanda 100 yaşından yuxarı 2 mindən çox pensiyaçı var

Azərbaycan Hava Yolları ilk 4 ayda nə qədər qazanıb? - Rəqəmlər

"İrAero" iyulda Moskvadan Qəbələyə birbaşa uçuşlara başlayacaq

Artıq başqalarının ƏDV-sini vura bilməyəcəyik? - Rəsmi cavab

Alim rektora yeni müşavir təyin olundu

Azərbaycanda daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verildi

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

Mərkəzi Bank iki investisiya şirkətinə icrası məcburi göstəriş verdi

Sahil Babayev sabiq rəisə yüksək vəzifə verdi

Ən ucuz kredit verən 5 iqtisadi rayonumuz - CƏDVƏL

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin