BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.9604
  • RUB
    2.1022
  • TRY
    0.0444
  • GBP
    2.2786
68137

Bakı Şəhər DYP İdarəsi avtomobili səkidə park edən sürücülərə müraciət edib.

Valyuata.az xəbər verir ki, müraciətdə piyada qəzalarının baş verməsinə səbəb olan amillərdən biri kimi nəqliyyat vasitələrinin səkilərdə park edilməsi göstərilib.

“Apardığımız müşahidələr deməyə əsas verir ki, dəfələrlə edilən xəbərdarlıqlara və həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq, bəzi sürücülər yenə də nəqliyyat vasitələrini piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkilərdə park edirlər. Nəzərə almaq lazımdır ki, belə olduğu təqdirdə piyadalar avtomobil yolunda hərəkət etmək məcburiyyətində qalırlar və bu da öz növbəsində piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinə real zəmin yaradır.

Mövcud qanunvericiliyin tələbinə əsasən, səkilərdə nəqliyyat vasitələrinin dayanması və durması qadağandır və qayda pozuntusu aşkar edildiyi halda sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 2 cərimə balı və 60 manat məbləğində cərimə tətbiq ediləcək.

Odur ki, sürücülərdən dayanma və durma qaydalarına ciddi şəkildə riayət etmələrini və yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalara maneə yaratmamalarını xahiş edirik”, - deyə, məlumatda vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Barot MM Group”un 189 min manat borcu üzə çıxdı

Kosmosda atom saatı zamanı: BKS-də yeni təcrübə fizika qanunlarını sınaqdan keçirir

7 il sonra vəzifəsindən çıxarıldı

ABŞ qurumu "Apple"ı süni intellektlə bağlı yalan reklamda ittiham etdi

"OpenAI" "Chrome" brauzerini satın almaq istəyir

BP: “Şahdəniz” layihəsinə təxminən 30 milyard ABŞ dolları kapital qoyulub

“Azərenerji”nin 1,4 milyonluq tenderi niyə ləğv edilib?

Benzin yüksək təzyiqlə vurulanda 1-2 litr kəsilir? — VİDEO

“Azpromo”ya məxsus "Mitsubishi Lancer" 2 400 manata satıldı

Komitə sədri: Pensiya yaşı azaldılmır, dəyişiklik güzəştli ödənişlərlə bağlıdır

Komitə sədri: Pensiya yaşı azaldılmır, dəyişiklik güzəştli ödənişlərlə bağlıdır

Azərbaycanda yumurtanın qiyməti ilə bağlı ZİDDİYYƏT

Qubada körpü çöküb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib

Mark Zukerberq "Instagram"ın inkişafını bilərəkdən ləngitməkdə ittiham olunur

“Çin bu gün Azərbaycan üçün ən çox arzuolunan iqtisadi tərəfdaşdır”- İqtisadçı

Sumqayıtda 6000 manatlıq "Lamborgini" dələduzluğu

İşdən çıxmaq üçün məhkəməyə müraciət etdi

Satışda olan nehrə yağlarında bakteriya aşkarlandı

Avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq

"International Leasing" 1 milyon borca girir - Təminat da verilmir

"International Leasing" 1 milyon borca girir - Təminat da verilmir

"DİM-in heç vaxt sabit kursu olmayıb, həmişə bunun bəlasını abituriyentlər çəkib" - AÇIQLAMA

Azərbaycan ötən il dövlət sifarişi ilə 127 milyon manatlıq ərzaq alıb

Aİ "Apple"ı 570, "Meta"nı 228 milyon avro cərimələdi

55 min dollar və 156 ədəd qızıl-zinət əşyası - “BTB BANK”dan OĞURLUQ

"Azərbaycan Dəmir Yolları"na əlavə maya qoyulub

Dünyanın ən yaxşı avtomobili - AÇIQLANDI

"BakuDent" klinikası cərimələndi

Sədr: “Azəristiliktəchizat” subsidiya ilə işləyir, bizdə tariflər aşağıdır

Nazirlikdən işdən çıxarılan rəis müavini ilə bağlı AÇIQLAMA

"MTK-lar at oynadırlar" - Deputat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin