BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1054
  • TRY
    0.044
  • GBP
    2.2665
68124

Ölkəmizin pensiya qanunvericiliyində bir sıra kateqoriyalar müəyyən olunub ki, bu kateqoriyalara uyğun olan kişilər  daha erkən dövrlərdə pensiya hüququ qazanır.

Maraqlıdır, 65-dən tez pensiyaya hansı kişilər çıxır?

Valyuta.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun departament müdiri Rəşad Mehdili Bizim.Media-ya açıqlamasında pensiya yaşı azaldılan şəxsləri sıralayıb:

"Məsələn, qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla pensiya hüququna baxılır.

Bundan başqa əmək şəraitinin zərərli və ağır olmasına görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən sahələrdə 12 il 6 ay çalışmış kişilərin fərdi hesabında minimum pensiya təminatına imkan verən pensiya kapitalı olduqda sığorta stajından aslı olmayaraq, bu kapitalı olmadıqda 25 il ümumi sığorta stajı olduqda  yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var" - deyə o, bildirib.

Rəşad Mehdili eyni zamanda diqqətə çatdırıb ki, bir çox hallarda pensiya yaşı 15 il azaldıla bilər:

"Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışan kişilər, həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Hipovizqanizm xəstəliyinə tutulan kişilərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy kişilərin azı 5 il sığorta stajı olduqda yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər qanunvericiliyə uyğun olaraq tələb olunan xidmət müddəti olduqda onların yaş həddindən aslı olmayaraq (hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur) pensiya hüququ yaranır".  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Süni intellekt bəzən niyə "məntiqsiz" cavablar verir? Üzərinə çox getdikdə niyə "həddindən artıq tərif" yağdırır?

Süni intellekt bəzən niyə "məntiqsiz" cavablar verir? Üzərinə çox getdikdə niyə "həddindən artıq tərif" yağdırır?

Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq?

CV-də qeyd etməli olduğunuz ən yaxşı 10 bacarıq

1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır

AMEA-nın həyətində yeni çayxana - Ekspertlər narazıdır, Akademiya susur

Yaponlar indi də çamurdan ət hazırlayacaq

Kartda pul saxlamaq artıq risklidir

Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI

Bu hərbçilərə ev verildi - Foto

Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ

Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ

Meksika hökuməti "Google" şirkətini məhkəməyə verib

İcra başçısı şöbə müdirini özünə BİRİNCİ MÜAVİN təyin etdi

Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? (VİDEO)

9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir

"WhatsApp" mesajlarının qorunmasının yaratdığı fəsad aşkarlanıb

Nadir brilyant hərraca çıxarılacaq

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda nə qədər qiymət fərqi var? (VİDEO)

Azərbaycanda kredit faizləri nə zaman aşağı düşəcək? (VİDEO)

Azərbaycanda kredit faizləri nə zaman aşağı düşəcək? (VİDEO)

Azərbaycan nefti bahalaşmaqda davam edir

"Bitcoin" 103 min dollara çatdı - Kriptovalyutalar dəyərlənir

Səhvlərindən dərs almaq və uğur qazanmaq istəyən insanlara:“Uğursuzluq yolun sonu deyil” - SƏHƏR OXUSU

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?

Azərbaycanda qiyabi təhsil ləğv olunacaq?

"Pul insanı xoşbəxt etmir" nağıllarına inanmayın

"Pul insanı xoşbəxt etmir" nağıllarına inanmayın

2025-ci ildə texnologiya sektorunda ixtisarlar davam edir: 22 min nəfər işsiz qaldı

Kameralı "AirPods"ları nə vaxt ala biləcəyik?

Bakıda "Son zəng" üçün pul yığıldığı deyilən məktəblə bağlı araşdırma başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin