
Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu
Ketrinq xidməti göstərən "Lunchef Catering" MMC-nin vergi borcu yaranıb.
Valyuta.az xəbər verir ki, şirkətin hazırda 1714,20 manat vergi borcu var.
Maraqlıdır ki, MMC vergi borcu olduğu halda satınalma müsabiqəsində iştirak edib və qalib seçilib.
"Lunchef Catering" MMC Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüs Mərkəzinin ketrinq xidmətinin satına alınması ilə bağlı keçirdiyi kotirovka sorğusunda qalib elan edilib.
Tərəflər arasında 29 736 manatlıq satınalma müqaviləsi bağlanıb.
Bu müqavilə üzrə satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.
"Lunchef Catering" şirkəti 2018-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 manatdır. MMC-nin qanuni təmsilçisi Qara Nülifər İskəndər qızıdır.
2020, 2022, 2023 və 2024-cü illərdə vergi öhdəlikləri üzrə şirkətə maliyyə sanksiya tətbiq edilib.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay