
Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə
Bu ilin yanvar-fevral aylarında sığorta şirkətlərinin ödənişlərinin yığıma nisbəti məlum olub.
Valyuta.az-ın məlumatına görə, bu dövr ərzində ümumi ödəniş-yığım nisbəti 38,61% təşkil edib.
Şirkətlər üzrə müqayisədə ən yüksək göstərici “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə məxsusdur. Şirkətin ödəniş-yığım nisbəti 119,15% olub ki, bu da toplanan vəsaitdən daha çox ödəniş edildiyini göstərir. Yəni hər 100 manat yığıma qarşı 119,15 manat ödəniş edilib.
Digər şirkətlər üzrə göstəricilər aşağıdakı kimidir:
“Atəşgah” Sığorta Şirkəti ASC - 62,22%
“Paşa Həyat” Sığorta Şirkəti ASC - 60,76%
“A-Qroup Sığorta Şirkəti” ASC - 55,51%
“Meqa Sığorta” ASC - 42,36%
Ən aşağı ödəniş-yığım nisbətinə malik şirkətlər sırasına isə bu adlar daxildir:
“İpək Yolu Sığorta” ASC - 2,20%
“Qala Həyat” Sığorta Şirkəti ASC - 3,03%
“Aqrar Sığorta” ASC - 14,79%
“Qala Sığorta” ASC - 18,29%
“Paşa Sığorta” ASC - 19,93%
Bununla yanaşı, digər 6 sığorta şirkətində bu nisbət 22% ilə 40% arasında dəyişib.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay