
07.04.2025 / 18:52
“Baby store” cərimələndi
68094
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Kənar dairəvi yolu ünvanında yerləşən “Baby store” mağazası cərimələnib.
Valyuta.az-ın məlumatına görə, Sədərək Ticarət Mərkəzinin ərazisində yerləşən “Baby store” adlı obyektin cərimələnməsinə səbəb üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsidir.
Sözügedən mağazanın sahibi barəsində Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə, “Baby store” inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 manat cərimələnib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay