
“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq
“Microsoft” şirkəti Çindəki birgə müəssisəsi olan “Wicresoft”un fəaliyyətini dayandırmaq qərarına gəlib.
Valyuta.az xəbər verir ki, bu addım təxminən 2000 işçinin ixtisarı ilə nəticələnəcək və qərar artıq çərşənbə axşamından qüvvəyə minəcək..
Ekspertlər bu addımı Vaşinqton və Pekin arasında artan siyasi və iqtisadi gərginlik, eləcə də Çin bazarında “Kingsoft” kimi rəqiblərin güclənməsi ilə əlaqələndirirlər.
Xatırladaq ki, “Wicresoft” 2002-ci ildə “Microsoft”un Çindəki ilk birgə müəssisəsi kimi yaradılmışdı və hazırda ABŞ, Avropa və Yaponiyada 10 mindən çox əməkdaşı olan beynəlxalq şirkətdir.
“Microsoft”un bu bazardan tədricən çəkildiyinə dair ehtimalları daha da gücləndirən bir digər məqam isə bu ilin əvvəlində şirkətin Şanxaydakı süni intellekt və Əşyaların İnterneti Laboratoriyasını bağlamasıdır.
Çin sosial mediasında yayılan daxili e-poçt görüntüləri “Microsoft”un Çindəki bütün fəaliyyətini dayandırdığına dair şayiələri gücləndirsə də, şirkət bu məlumatların doğru olmadığını bildirib. Qeyd edilib ki, yayılan məlumatlar yalnız “Wicresoft”a aiddir.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay