BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
68068

Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin mənimsəmədə ittiham olunan sabiq direktor müavini Lalə Zakirova hökm oxunacağını eşidən kimi məhkəmə zalından qaçıb.

Valyuta.az "Qafqazinfo”a istinadən xəbər verir ki, hadisə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baş verib.

Lalə Zakirovanın 64 yaşı var. O, hazırda  əvvəl direktor müavini işlədiyi mərkəzdə qarmon ixtisası üzrə müəllim işləyir. Barəsində hökmə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İttihama görə, xanım müttəhim Mərkəzin direktor müavini işlədiyi vaxtda direktor Namiq Rzazadə ilə əlbir olaraq 64 min 400 manat dövlət vəsaitlərini mənimsəyib. 

Namiq Rzazadə istintaq başlanan vaxt ağır xəstəliyə tutulduğundan onun işi ayrıca icraata götürülüb.

L.Zakirovanın cinayət işini Aynur Rzayevanın sədrlik etdiyi hakimlər araşdırıb.

Amma yaşlı müttəhim ittihamlarla razılaşmayıb, ifadəsində ona böhtan atdıqlarını deyib: "Anar Kərimov mədəniyyət naziri olanda Mərkəzdə özbaşınalıq yaranmışdı. Həmin vaxt direktor işdən çıxmağımı tələb etdi, mən etiraz etdim. Sonradan bir yolla işdən çıxarılmağıma nail oldular. Amma mən yenə təslim olmadım. Məhkəməyə müraciət edib yenidən işimə qayıtdım. Vəzifə cinayətləri söhbəti də bundan sonra ortaya çıxdı”.

Məhkəmə şahidləri dinlədikdən, dəlil və sübutları tədqiq etdikdən sonra təqsirləndirilən şəxsin dediklərini özünü müdafiə hesab edib.

Prokuror ittiham nitqində təqsirləndirilənin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinməsini, barəsində sanksiya həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini tələb edib. Son sözdən sonra məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib. Amma hakimlər qayıdanda müttəhimi zalda tapmayıblar. İcraçılar məlumat veriblər ki, Lalə Zakirova özünü pis hiss etdiyini deyərək bir neçə dəqiqəlik zaldan çıxıb. Bundan sonra bir daha geri qayıtmayıb.

Hökmə əsasən, L. Zakirovaya 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin