
Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"
Milyarder investor Bill Ekmanın fikrincə, ABŞ prezidenti Donald Tramp iş dünyası liderlərinin etimadını sürətlə itirir.
Valyuta.az xəbər verir ki, seçkilər zamanı Trampı dəstəkləmiş Ekman sosial media platforması "X" üzərindən paylaşımında bildirib:
"Həm dostlarımıza, həm də düşmənlərimizə böyük və qeyri-proporsional gömrük tarifləri tətbiq etməklə və eyni anda bütün dünyaya qarşı qlobal iqtisadi müharibə başlatmaqla, ticarət partnyoru kimi ölkəmizə olan etimadı məhv etməkdə davam edirik. Biznes etimad üzərində qurulan bir oyundur. Prezident hazırda dünyanın müxtəlif yerlərindəki biznes liderlərinin etimadını itirir. Bu, ölkəmiz və xüsusilə böyük iqtisadi gərginlik içində yaşayan azgəlirli istehlakçılar olmaqla, Trampı dəstəkləyən milyonlarla vətəndaş üçün ciddi mənfi nəticələr doğuracaq. Biz səsimizi bu siyasətə verməmişdik".
Bill Ekman Trampın "ədalətsiz" gömrük tarifləri razılaşmalarını həll etmək üçün danışıqlara ara verilməsi çağırışı etməsi üçün hələ də imkanı olduğunu vurğulayıb:
"Əks halda, öz əllərimizlə yaratdığımız bir iqtisadi nüvə qışına doğru gedirik və artıq bu vəziyyətdən çıxış üçün hərəkətə keçməliyik".
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay