
Qeyri-neft sektoru ixracda neft-qaz sektorundan 8.8 dəfə geridədir
2025-ci ilin ilk 2 ayında Azərbaycandan toplamda 4 mlrd. 766 mln. 470.26 min ABŞ dolları (8 mlrd. 102 mln. 999.44 min AZN) dəyərində məhsul ixrac olunub.
Valyuta.Az xəbər verir ki, bunun 89.82 %-i neft-qaz sektoruna daxil olan mallar təşkil edib.
Bunun da 56.08 %-i xam neft və xam neft məhsulları, 32.53 %-i isə təbii qaz ixracı təşkil edib.
Sözügedən dövrdə qeyri-neft sektoruna aid malların ixracından əldə olunan gəlir ümumi ixracın 10.18 %-i təşkil edib. Belə ki, neft-qaz sektoruna aid məhsulların ixracından 4 mlrd. 281 mln. 475.59 min ABŞ dolları (7 mlrd. 278 mln. 508.50 min AZN), qeyri-neft sektoruna aid malların ixracından isə 484 mln. 994.67 min ABŞ dolları (824 mln. 491.94 min AZN) gəlir əldə edilib.
Xatırladaq ki, 2023-cü ilin eyni dövründə qeyri-neft sektorunda 651 mln. 423.31 min ABŞ dolları (1 mlrd. 107 mln. 419.63 min AZN) dəyərində ixrac qeydə alınmışdı.
2024-cü ilin ilk 2 ayında isə neft-qaz sektoruna aid malların ixracından əldə edilən gəlir 4 mlrd. 324 mln. 944.78 min ABŞ dolları (7 mlrd. 352 mln. 406.12 min AZN), qeyri-neft sektoruna aid malların ixracından əldə edilən gəlir isə 455 mln. 26.29 min ABŞ dolları (773 mln. 544.69 min AZN) miqdarında olub.
2024-cü ilin ilk ayında olduğu kimi bu ilin yanvar-fevral aylarında da qeyri-neft sektorunda ən çox ixrac olunan mallar meyvə və tərəvəz olub.
Cari ilin yanvar-fevral aylarında azot gübrəsi, alüminium və ondan hazırlanan məmulatlar və xurma ən çox gəlir gətirən məhsullar olub. Belə ki, bu məhsulların ixracından müvafiq olaraq 36 mln. 8.33 min ABŞ dolları (61 mln. 214.16 min AZN), 30 mln. 597.12 min ABŞ dolları (52 mln. 15.10 min AZN) və 30 mln. 480.82 min ABŞ dolları (51 mln. 817.39 min AZN) gəlir əldə olunub.
Onu da qeyd edək ki, ötən ilin eyni vaxtı ilə müqayisədə idxalda kəskin artım qeydə alınıb. Belə ki, cari ilin ilk 2 ayında idxalda təxminən 69.3 %-lik artım müşahidə olunub. Belə ki, 2024-cü ilin ilk 2 ayında 2 mlrd. 446 mln. 637.68 min ABŞ dolları (4 mlrd. 159 mln. 284.06 min AZN), 2025-ci ilin ilk 2 ayında isə 4 mlrd. 138 mln. 20.65 min ABŞ dolları (7 mlrd. 034 mln. 635.11 min AZN) dəyərində məhsul idxal olunub.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay