BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
68006
Bayram günlərində paytaxtda və Sumqayıtda tikinti şirkətlərinin yol verdiyi neqativ əməllər barədə qalxmış ictimai ajiotaj hələ də səngiməyib. Bu sahədə özbaşınalıq və ədalətsizliyin olduğu danılmazdır. Məsələnin başqa bir neqativ tərəfi də odur ki, hazırda tikinti şirkətlərinin əksəriyyəti vur-həşirlə məhz paytaxtda və onun yaxın ətrafında inşa işləri ilə məşğuldur.

Bu isə onsuz da əhalinin sıx yaşadığı Bakını bir az da yükləməklə yanaşı, paytaxtda mənzillərin qiymətinin fantastik həddə qədər şişməsinə rəvac verir. Halbuki digər bölgələrdə geniş tikinti-quruculuq işləri aparılsa, bu həm o ərazilərin məskunlaşdırılması işlərinə töhfə verər, həm də ölkə əhalisinin respublikanın bir nöqtəsində təmərküzləşməsinin qarşısını alar. Nəticədə ölkəmizdə bir neçə yox, daha çox sayda iri şəhərlər əmələ gələr.

Bu baxımdan paytaxtda mənzil tikintisinin məhdudlaşdırılması üçün xüsusi qanuna, sərəncama ehtiyac varmı?

Deputat Vüqar Bayramov vurğulayıb ki, inşaat şirkətlərinin tələbin yüksək olduğu ərazilərdə cəmləşməsi təbiidir. "Yeni Müsavat”a mövzunu şərh edən deputat bildirib ki, bu, paytaxtda mənzillərə tələbin yüksək olması ilə əlaqədardır: 
 


"Bu sahədə qaydaların daha da təkmilləşdirilməsi vacibdir. Xüsusilə nəzərə almaq lazımdır ki, tələb yüksəkdir. Buna görə də inşaat işləri günü-gündən genişlənir. Digər tərəfdən isə inşaat yeni standartlarla həyata keçirilir. Tikinti şirkətləri ilə alınan ərazilərdə yaşayan yaxud məskunlaşmış sakinlərlə münasibətlərin tənzimlənməsi, sivil qaydada daha çevik prosedurların tətbiqinə ehtiyac var. Tikinti şirkətləri inşaatı daha tez zaman bitirməkdə maraqlı olsalar da, vətəndaşların mülkiyyət hüququnun qorunması vacibdir. Bu baxımdan yeni meyarların tətbiq edilməsinə ehtiyac var. Gözlənti ondan ibarətdir ki, növbəti dövrlərdə də tikinti şirkətləri daha çox Bakıda inşaat işləri həyata keçirməkdə maraqlı olacaqlar”.

İqtisadçı Eyyub Kərimli isə hesab edir ki, hər hansı sahədə qanunsuzluq həmin sahədə məhdudiyyətlərin tətbiq olunmasına ehtiyac yaratmır. Onun fikrincə, məhdudiyyətlər sahənin çöküşünə səbəb ola bilər: 
 


"Qanunsuzluqlarla qanuni mübarizə yolları var. Dünyanın hər yerində qanunsuzluqlar baş verir və bununla ciddi mübarizə aparılır. Hesab edirəm ki, tikinti yaxud biznes sahəsinə məhdudiyyət qoyulması iqtisadi nöqteyi-nəzərdən doğru deyil çünki bu, həmin sahədə fəaliyyətin azalmasına səbəb olur. Bu isə öz növbəsində həm sahibkarlıq fəaliyyətinə məhdudiyyət yaradır, həm də gələcək investorlar üçün neqativ siqnal ola bilər. Bu həmçinin iş yerlərini məhdudlaşdıra bilər. Fikrimcə, məhkəmə institutları daha da möhkəmlənməlidir, qanunsuzluqlarla ciddi mübarizə aparılmalıdır".

Hüquqşünas Fariz Əkbərov isə qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur:
 


"Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Vətəndaşlar mülkiyyət hüquqları pozulduğu hallarda məhkəməyə müraciət etmək hüququna malikdirlər. Hətta özbaşına tikintilər olarsa belə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin  180.4 maddəsində deyilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra icra vərəqəsi qarşı tərəfə təqdim olunmalıdır. Həmin qərardan sonra söküntü işləri birbaşa məhkəmə icraçıları ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin rəhbərliyi altında həyata keçirilməlidir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin