BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
67955

Birləşmiş Ştatlarda gömrük rüsumları ilə bağlı narahatlıqlar fond bazarını sarsıdıb. 

Valyuta.az xəbər verir ki, "Pacific Investment Management Co."nun həmtəsisçisi və keçmiş investisiya direktoru Bill Qross cümə axşamı "S&P 500" indeksinin 4%-dən çox ucuzlaşmasına səbəb olan satışları "çətin həll olunan dərin bazar hadisəsi" kimi qiymətləndirib.

O, elektron poçt vasitəsilə verdiyi açıqlamada deyib: "İnvestorlar "düşən bıçağı tutmağa" çalışmamalıdır. Bu, 1971-ci ildə qızıl standartının ləğvinə bənzəyir, lakin dərhal mənfi nəticələri olan epik iqtisadi və bazar hadisəsidir".

ABŞ prezidenti Donald Tramp çərşənbə günü ölkəyə ixracat edən şirkətlərə ən azı 10% gömrük rüsumu tətbiq edəcəyini elan edib. Ən diqqətçəkən tariflər arasında Avropa İttifaqı üçün 20%, Yaponiya üçün 24% rüsum nəzərdə tutulub, Çin isə daha yüksək tariflə üzləşəcək. Bazar reaksiyası nəticəsində "S&P 500" indeksindən təxminən 2 trilyon dollar silinib və dövlət istiqrazlarının gəlirliliyi qısamüddətli olaraq 4%-dən aşağı düşüb.

İqtisadçılar hesab edirlər ki, Trampın addımları qısamüddətdə ABŞ-da qiymətlərin artmasına və iqtisadi artımın yavaşlamasına, hətta tənəzzülə səbəb ola bilər. Prezident gömrük tariflərini ölkənin gücünü nümayiş etdirmək, daxili istehsalı stimullaşdırmaq və geosiyasi güzəştlər əldə etmək üçün bir vasitə kimi görür.

Qross Trampın geri çəkilmək ehtimalının az olduğunu vurğulayaraq deyib: "Bunun üçün o, çox sərtdir".

O, hazırda yalnız "AT&T Inc." və "Verizon Communications Inc." kimi faiz dərəcələrinin aşağı düşdüyü mühitdə nisbətən etibarlı dividend gəliri təklif edən yerli şirkətlərdə imkanlar gördüyünü bildirib. Hər iki şirkətin səhmləri Nyu-York vaxtı ilə saat 14:51-də artım göstərirdi. Lakin Qross investorları burada da ehtiyatlı olmağa çağırıb: "Bunlar da "həddindən artıq alım" zonasına yaxınlaşır".

Paşa Məmmədli
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

Azərbaycandan bu ölkəyə neft ixracı 1 ayda 7 dəfə artıb

Azərbaycan daha bir ölkədən qaz idxalına başlayıb

Siqaret yenidən bahalaşdı

Banklardakı əmanət faizlərinin yüksəlmə səbəbi

AYNA-nın 34 milyonluq tenderləri ləğv edildi

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin