BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
67843

“Melissa Group” şirkəti evimizin bir hissəsini dağıdan zaman xəsarət alan digər ailə üzvlərimiz və mən hazırda mülkümüzdəyik. Buradan çıxmaq fikrində deyilik. Çünki bizim gedə biləcəyimiz başqa evimiz də yoxdur”.

Valyuta.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan “Melissa Group” şirkətinin qanunsuz dağıtdığı evin sahibi Elarə Hacıyeva deyib.

Onun sözlərinə görə, hadisədən sonra səhhətində ciddi problemlər yaranıb: “Hər gün təzyiqim qalxıb-düşür, stress içindəyəm, ağrılarım var. Nə qədər təcili tibbi yardım çağırmaq olar, artıq utanıram”.

E.Hacıyeva bildirib ki, hadisədən ötən müddət ərzində şirkət heç bir addım atmayıb.

“Hazırda məhkəmə prosesi davam edir. Media bizə bu məsələdə çox dəstək oldu, hamıya təşəkkür edirəm”, - o vurğulayıb.

Ailənin vəkili Ülvi İsmayılov Teleqraf-a bildirib ki, fakt üzrə başlanan cinayət işi üzrə istintaq davam edir.

Müdafiəçinin sözlərinə görə, “Melissa Group”la ev sahibləri arasında hazırda hər hansı formada barışıq əldə olunmayıb, şirkət buna cəhd də göstərmir:

“Bununla bağlı bizə müraciət olunmayıb. Əgər onlar barışıq üçün addım atsalar, məhkəmənin qərarının dəyişdirilməsi üçün əsas ola bilər (“Melissa Group”un sahibi Qalib Məmmədov və şirkətdə ekskavator sürücüsü işləyən Qala Eynullayev barəsində seçilən bir aylıq həbs qətimkan tədbiri – redaksiya). Amma indiki vəziyyətdə barışıqla bağlı müraciət və təşəbbüs yoxdur”.

Ü.İsmayılov deyib ki, ailənin tikinti şirkətinin rəhbər şəxslərindən 2 milyon manat tələb etməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır:

“Çünki belə bir tələb olmayıb. Ailə öz evinin haqqı olan vəsaiti tələb edib. Ev 5 mərtəbədən ibarətdir. Həmin evin dəyəri də 600-700 min manatdır. “Melissa Group”dan həmin məbləğdə pul istənilib”.

Bakupost.azVəkil həmçinin təqsirləndirilən şəxslərin Xətai Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri ilə bağlı qərardan apellyasiya şikayəti verməmələrini belə izah edib:

“Ola bilsin ki, onlar qərarla razılaşıblar. Buna görə də şikayət verməyiblər. Əgər şikayət verilsəydi, bizə bu barədə məlumat gələrdi. Ehtimal olunur ki, onlar barələrində ev dustaqlığının seçilməsi üçün məhkəməyə müraciət edəcəklər. Bu səbəbdən də barələrində iki ayrı-ayrı məhkəmə qərarının olmasını istəmirlər. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi üçün də zərərçəkmiş şəxslə barışıq əldə edilməsi mütləqdir. Məhkəmə barışıq ərizəsinin olmasını nəzərə alır. Onlar zərərçəkmiş şəxslə barışmalıdırlar, o zaman ev dustaqlığı qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etməlidirlər. Çünki məhkəmələr vətəndaşların hüquqlarını qoruyurlar, vətəndaşın mövqeyi bu qərarın dəyişməsi üçün əsas götürülür. Barışıq olmasa, qərarın dəyişməsi də mümkün deyil. Hazırda da barışıq üçün hər hansı bir addım atılmayıb”.

Xatırladaq ki, martın 27-də “Melissa Group” şirkətinin əməkdaşları Yasamal rayonu, Alatava ərazisində yaşayış evini içərisində sakinlər olmasına baxmayaraq, evi qanunsuz şəkildə sökməyə cəhd ediblər. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Faktla bağlı cinayət işi açılıb, “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov və ekskavator sürücüsü Qala Eynullayev saxlanılıb.

Martın 29-də Xətai Rayon Məhkəməsi onlar barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Q.Məmmədova Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 32.3.-cü (Cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə) maddələri ilə ittiham verilib.

Q.Eynullayev isə Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə ittiham olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

"Mozilla" "Gmail" və "Microsoft 365"ə rəqib olur

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Laçında Qayğı qəsəbəsini abadlaşdıracaq şirkət kimindir?

Tramp Çinə rüşvət təklif etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin