BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
67841

“Forbes” jurnalının 2025-ci il üçün açıqladığı dünya milyarderlərinin siyahısında qadınların sayı yavaş-yavaş artsa da, hələ də ümumi milyarderlərin çox az hissəsini təşkil edir.

Bu il planetdəki 3 028 milyarderdən cəmi 406-sı qadındır və bu da ümumi milyarderlərin 13,4%-ni təşkil edir. Müqayisə üçün bildirək ki, 2024-cü ildə qadın milyarderlərin sayı 369 olub.
Ən varlı qadın “Walmart” şirkətinin varisi Alisa Volton hesab olunur.  O, “Walmart”ın qurucusu Sem Voltonun qızıdır. Təxminən 101 milyard dollarlıq sərvət ona atasından miras qalıb. O, uzun müddətdir ki, “L'Oréal” şirkətinin varisi Fransua Bettenkurt Meyers ilə liderlik uğrunda mübarizə aparır. Bettenkurt Meyersin sərvəti hazırda 81,6 milyard dollardır.

Qeyd edək ki, sərvətinin böyük bir hissəsini anasından miras olaraq alan Bettenkurt Meyers 2023-cü ildə 100 milyard dollarlıq sərvətə çatan ilk qadın kimi tarixə düşüb. Lakin “Walmart” səhmlərinin bahalaşması və “L'Oréal” səhmlərinin dəyər itirməsi fonunda Alisa Volton yenidən lider mövqeyə qayıdıb.

Siyahının üçüncü və dördüncü yerlərində məşhur milyarder Devid Koxun dul arvadı Culiya Kox və “Mars” qənnadı şirkətinin varisi Jaklin Mars qərarlaşıb. Ən varlı on qadından doqquzu sərvətlərini miras alıb.

İlk beşliyə düşən yeganə sahibkar Rafaela Aponte-Diamantdır. 37,7 milyard dollarlıq sərvəti ilə o, İsveçrənin ən böyük gəmiçilik şirkətinin həmtəsisçisidir.

Bu il avstraliyalı mədən maqnatları Gina Rinehart və MacKenzie Skott ilk onluqdakı yerlərini itiriblər. Onların yerini Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda Frensis Qeyts və hedc fondları əfsanəsi Cim Simonsun dul arvadı Merilin Simons tutub.

Yeni milyarderlər arasında Martine Rothblatt (2,9 milyard dollar sərvətə sahib, “United Therapeutics”in qurucusu) və Tatyana Volodina (1 milyard dollar sərvətə sahib, rus kosmetika şirkəti “L'Etoile”in sahibi) da var.

Bundan əlavə, tanınmış simalardan – teleaparıcı Opra Uinfri  və müğənni Teylor Svift də siyahıya daxildir. Xüsusilə, müğənni Teylor Sviftin sərvəti son bir il ərzində 45% artıb. Onun 17 mart 2023-cü il tarixindən 8 dekabr 2024-cü il tarixinə qədər olan dövr ərzində baş tutan “Eras Turu” adlı konsertlərdən təxminən 2 milyard dollar qazanc əldə etdiyi bildirilir. Bu tarixdə ən çox gəlir gətirən konsert turu hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

"Mozilla" "Gmail" və "Microsoft 365"ə rəqib olur

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin