
“Azerenerji”nin ixrac gəlirlərində kəskin eniş davam edir - 34 milyonluq azalma
Bu ilin yanvar-fevral aylarında “Azerenerji”nin ixrac gəlirləri kəskin azalıb.
Valyuta.az xəbər verir ki, ASC ilin ilk iki ayında cəmi 617,6 min ABŞ dollar həcmində enerji ixrac edib.
Ötən ilin eyni dövründə isə bu rəqəm 34,8 milyon dollara bərabər olub. Başqa sözlə, son bir ildə “Azerenerji”nin enerji ixracından gəlirləri 98,2% və ya 34,2 milyon dollar azalıb.
Qeyd edək ki, ASC dövlət şirkətləri arasında qeyri-neft məhsulları ixracına görə 8-ci yerdə qərarlaşıb. İlin əvvəli ilə müqayisədə “Azerenerji” siyahıda 31 pillə geriləyib.
Xatırladaq ki, ötən ilin oktyabrın 10-da baş nazir Əli Əsədovun sərəncamı ilə "Azərenerji”nin sədri Balababa Rzayevə şiddətli töhmət elan edilib. Buna əsas səbəb kimi 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etməsi göstərilib. Ümumilikdə isə 2024-cü ildən etibarən dövlət şirkətinin enerji ixracı üzrə gəlirləri kəskin azalır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay