
“Azərkosmos” 3 milyona yaxın telekommunikasiya xidməti ixrac edib
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (AZƏRKOSMOS) 2.7 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri ixrac edib.
Valyuta.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın fevral buraxılışına istinadən xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. Belə ki, 2025-ci ilin ilk iki ayı ərzində 37 ölkədən 90-a yaxın şirkətə peyk telekommunikasiya xidmətləri ixrac olunub.
Telekommunikasiya xidmətlərinin ixrac olundu 5 əsas ölkə:
Birləşmiş krallıq 748,1 min ABŞ dolları
Lüksemburq 599,4 min ABŞ dolları
Nigeriya 127,6 min ABŞ dolları
Misir 119,2 min ABŞ dolları
Türkiyə 107,3 min ABŞ dolları
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay