
CEO-lar öz üzərində necə işləməlidir?
Həsən Həsənov
SER Consulting Groupun təsisçisi
Azərbaycanda biznes mühitinin maraqlı bir xüsusiyyəti var: sahibkarlar öz bizneslərini yaxşı bilirlər və çox vaxt öz şirkətlərinin CEO-su olurlar. Onlar bazarı tanıyır, ticarəti anlayır, alverin incəliklərini yaxşı bilirlər. Hər şeyə özləri nəzarət edirlər. Onlara görə bu yanaşma uğur sirridir. Amma məsələ ondadır ki, ticari uğur hələ yaxşı CEO-luq demək deyil.
Niyə sahibkarlar yetkin CEO olmurlar?
Uğur onları yaxşı rəhbər olduqlarına inandırır. Amma əslində sahibkarlıq və şirkət idarəçiliyi fərqli bacarıqlar tələb edir. Sahibkar bir fürsəti dəyərləndirib qazanc əldə edə bilər, öz sektorunda bazar hakim ola bilər, amma böyük bir şirkət idarə etmək üçün təkcə instinkt yetərli deyil. Burada sistemli idarəetmə, strateji düşüncə və düzgün komanda qurmaq lazımdır.
Sahibkarlıq təcrübəsi olan biri güclü qərarlar verə, bazarı formalaşdıra da bilər, amma bazar dəyişdikcə, yeni idarəetmə yanaşmalarına uyğunlaşmaq vacibdir.
Əgər yerli sahibkarlar şirkət idarəçiliyində də səriştəli olsalar, indi qazandıqlarının daha çoxunu qazana bilərlər. Çünki onların əsas problemi nəyi bilmədiklərini bilməmələridir. Onlara hansı kadrların, hansı menecerlərin lazım olduğunu bilmirlər adətən.
CEO-lar öz üzərində necə işləməlidir?
Şirkət idarəçiliyində yetkin olmaq üçün CEO-lar öz üzərində işləməlidir. Bu inkişaf bir neçə əsas istiqaməti əhatə edir:
1. Maliyyə Savadlılığı – CEO şirkətin sağlam böyüməsi üçün hesabat, analiz və büdcə planlaması haqqında anlayışa sahib olmalıdır. Təkcə pul qazanmaq deyil, maliyyəni idarə edə bilmək vacibdir.
2. İnsan Resursları (HR) və Struktur – Şirkətin ən dəyərli resursu insan kapitalıdır. İşəgötürən marka dəyəri, düzgün struktur qurmaq, işçi məmnuniyyəti və kadr seçimi CEO-nun bilməli olduğu əsas məsələlərdəndir.
3. Əməliyyat və Biznes Proseslər – Biznesin hər gün necə işlədiyini başa düşmək və optimizasiya etmək lazımdır. Effektiv əməliyyatlar şirkətin gəlirliliyini artırır.
4. Marketinq və Müştəri Məmnuniyyəti – CEO təkcə satışla maraqlanmamalıdır, marka dəyəri və müştəri təcrübəsi haqqında da düşünməlidir. Uzunmüddətli biznes qurmaq üçün marketinq strategiyası düzgün formalaşdırılmalıdır.
Yetkin CEO olmaq üçün davamlı inkişaf və öyrənmə şərtdir. Əgər yerli sahibkarlar biznesin yalnız ticarət tərəfi ilə deyil, həm də idarəetmə aspekti ilə maraqlansalar, şirkətlərini daha sistemli, dayanıqlı və gəlirli edə bilərlər. CEO olmaq son nöqtə deyil, əslində yeni bir başlanğıcdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay