BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
67662

2024-cü ildə dünyanın müxtəlif ölkələrindən Azərbaycana fiziki şəxslər tərəfindən 1 mlrd. 82 mln. 873 min ABŞ dolları (1 mlrd. 841 mln. 883 min manat) vəsit köçürülüb.

Valyuta.Az xəbər verir ki, fiziki şəxslər tərəfindən pul köçürmələrində ən çox azalmanın yaşandığı ölkə Rusiyadır.

Məlumat verdiyimiz kimi Rusiyadan pul köçürmələri son bir ildə 900 mln. manatdan çox azalıb

Pul köçürmələri

Mərkəzi Bankdan əldə etdyimiz məlumata əsasən, ən çox artımın yaşandığı ölkə isə Fransa olub. Belə ki, 2024-cü ildə Fransadan Azərbayacan fiziki şəxslər tərəfindən 11 mln. 787 min dollar (20 mln. 037 min manat) məbləğində vəsit köçürülüb ki, bu da öncəki illə müqayisədə təxminən 88.5 % faiz daha çoxdu.

2023-cü ildə Fransadan köçürülən pulun məbləği 6 mln. 254 min dollar (10 mln. 631 min manat) köçürülüb.

Əks istiqamətdəki pul köçürmələrində də artım qeydə alınıb. Belə ki, 2024-cü ildə fiziki şəxslər tərəfindən Fransaya 7 mln. 693 min dollar (13 mln. 078 min manat) pul köçürülüb. Bu da 2023-cü ildə göndərilən 6 mln. 146 min dollarlıq (10 mln. 448 min manat) məbləğlə müqayisədə 1.5 mln. dollar (2 mln. 550 min manat) daha çoxdu.

İnvestisiya

Sözügedən dövrdə Fransadan Azərbaycan iqtisadiyyatına yönləndirilmiş birbaşa xarici investisiyaların həcmində də böyük artım qeydə alınıb.

Belə ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına 4 mln. 854 min dollar (8 mln. 252 min manat) birbaşa xarici investisiya yatıran Fransa, 2024-cü ildə bu rəqəmi 25 dəfən çox artıraraq 121 mln. 910 min dollara (207 mln. 247 min manat) çıxarıb.

Azərbaycandan Fransa iqtisadiyyatına yatırıan birbaşa xarici investisiyalarda yarım milyonluq azalma qeydə alınıb. 2024-cü ildə Fransa iqtisadiyyatına Azərbaycan tərəfindən 19 mln. 224 min dollar (32 mln. 681 min manat) sərmayə yatırılıb. 2023-cü ildə isə bu rəqəm 19 mln. 703 min dollar (33 mln. 495 min manat) idi.

Neft ixracı

Ötən ildə Fransaya nəql olunan Azərbaycan neftinin həcmində də azalma baş verib.

Belə ki, 2024-cü ildə Fransaya ümumi dəyəri 88 mln. 203.85 min dollar (149 mln. 946.55 min manat) dəyərində 152 571.03 ton neft nəql edilib.

Bu da əvvəlki illə müqayisədə təxminən 30 mln. dollar və ya 46 min ton daha azdı. Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan Fransaya 118 mln. 639.77 min dollar (201 mln. 687.61 min manat) dəyərində 199 006.72 ton neft ixrac olunub.

İdxal-ixrac

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan toplamda 21 mlrd. 58 mln. 44.06 min dollar (35 mlrd. 798 mln. 674.9 min manat) dəyərində məhsul ixrac edib.

Bunun da 1.12 %-i və ya 235 mln. 308.66 min dolları (400 mln. 025.72 min manat) Fransadan idxal olunan məhsulların payına düşüb. Bu da əvvəlki illə müqayisədə təxminən 167.7 mln. dollar (285 mln. 090 min manat) və ya 41.63 % daha azdı.

2023-cü ildə Fransadan 403 mln. 51.97 min dollar (685 mln. 188.35 min manat) dəyərində məhsul idxal olunub.

Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi statistik məlumatlara əsasən, ötən il Azərbaycan 26 mlrd. 554 mln. 56.80 min dollar (45 mlrd. 141 mln. 896.56 min manat) dəyərində məhsul ixrac edib ki, bunun da 0.36 %-i Fransaya ixrac olunan məhsulların payına düşüb.

Belə ki, 2024-cü ildə Fransada ixrac olunan məhsulların ümumi dəyəri 96 mln. 304.09 min dolları (163 mln. 716.95 min manat) təşkil edib.

2023-cü ilin statistikalarına əsasən, həmin ildə Azərbaycandan toplam dəyəri 33 mlrd. 898 mln. 554.86 min dollar (57 mlrd. 627 mln. 543.26 min manat) olan məhsul ixrac olunub. Bu ixracda Fransanın payı isə cəmi 0.39 % olub.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Damla Mebel”in rəhbərinə “stop” qoyuldu – Borcu 3.5 milyonu ötdü

"Aqrarkredit" QSC-nin əmlaklarının növbəti hərracı keçiriləcək

"ChatGPT”nin bu funksiyası pulsuz oldu

Yeni toy mövsümü başladı: 450 manata da menyu var

Ən böyük polad istehsalçılarından biri 1 milyard dollar zərərlə işləyib

Bu ASC-yə yeni sədr təyin olunacaq

Bakıda 213 mənzil bu tarixdən kirayə mexanizmi ilə satışa çıxır

Bakıda 213 mənzil bu tarixdən kirayə mexanizmi ilə satışa çıxır

"PAŞA Bank" keşbek faizlərini azaltdı

Təmir gedə-gedə kabab bişirdilər: Sahibi cəzalandırıldı - Fotolar

Dövlət Sosial Müdafiə Fondu ABB-yə 22 milyon ödəyəcək

Göstərişi Fazil Məmmədov verib, xahişi Nəcməddin Sadıkov edib - “Şlyapa Zahid”in 42 milyonluq mənimsəmə işi

“Azercell” mobil nömrələrdən istifadəyə görə məcburi aylıq xidmət haqqı tutur - MƏBLƏĞ

Milli Məclis 1 milyonluq sifariş verdi

Vətəndaşın evini uçuran “Melissa Group”da satış dayandırıldı

Rusiyada yoxsulluq artıb

“KANAL S”in yayımı 24 saatlıq dayandırılacaq

Azərbaycanlı notariusun Londondakı uğur hekayəsi - MÜSAHİBƏ

Azərbaycanlı notariusun Londondakı uğur hekayəsi - MÜSAHİBƏ

İş qrafikinin dəyişdirilməsi sahibkarlıq sahəsinə necə təsir göstərə bilər?

Meyvə bağlarına dəyən zərərə görə 18 dəfə artıq sığorta ödənib

Avstraliyadan idxalımız 240 dəfə artıb - İxrac azalıb

Apreldə neçə gün evdə qalacağıq?

"Google"un ən böyük 1 Aprel zarafatı

Ayın sonu pulsuz qalmağa səbəb olan maaş xərcləmə metodu

Ayın sonu pulsuz qalmağa səbəb olan maaş xərcləmə metodu

Antalya turizminin tacı - Belek

ABB-nin yeni törəmə şirkəti təsis edildi

Startap təsisçisi "JPMorgan"ı aldadıb

Bu şəxslərə pul veriləcək - Büdcədən 98 min manat ayrıldı

İlham Əliyev dövlət agentliyinə 5 milyon manat ayırdı

Çində uçan taksilərə yaşıl işıq yandırıldı - Fəaliyyətə başlayırlar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin