BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
67658

Dünyanın ən böyük geyim pərakəndəçilərindən biri olan "H&M" bu il modellərinin 30 "rəqəmsal əkiz"ini yaratmaq niyyətindədir. 

Valyuta.Az xəbər verir ki, bu barədə şirkətdən "CNN" telekanalına bildirilib. 

Şirkət bu avatarların necə istifadə olunacağını hələ də "araşdırdığını" vurğulayıb. Qeyd olunub ki, bu təşəbbüsün "məsuliyyətli şəkildə" həyata keçirilməsi üçün agentliklər və modellərin özləri də daxil olmaqla sənayedəki digər tərəfdaşlarla əməkdaşlıq edilir.

Şirkətin sözlərinə görə, modellər öz rəqəmsal əkizlərinin hüquqlarına sahib olacaqlar və bu klonlar istənilən brend üçün istifadə edildikdə, modellər hər dəfə kampaniya çəkilişində iştirak etmiş kimi qonorar alacaqlar.

"H&M"in bu açıqlaması artıq moda sənayesində müəyyən narazılıqlara səbəb olub. Çünki bu sahədə çalışan bir çox insan onsuz da qeyri-sabit iş şəraitində fəaliyyət göstərir.

Model kimi fəaliyyətə başlayıb, sonradan əmək hüquqları müdafiəçisinə çevrilmiş və Nyu-Yorkda yerləşən "Model Alliance" adlı qeyri-kommersiya təşkilatını təsis etmiş Sara Ziff bəyan edib ki, "mühafizə mexanizmləri olmadan rəqəmsal surətlərin istifadəsi ilə bağlı ciddi narahatlıqları var".

"Tarixən əmək hüquqları baxımından geridə qalmış bu sənayedə, 'H&M'in yeni təşəbbüsü razılıq və əmək haqqı ilə bağlı mühüm suallar doğurur və vizajistlər, saç ustaları və digər yaradıcı işçilər də daxil olmaqla bir çox peşə sahiblərini əvəzləyə bilər," – deyə Ziff əlavə edib.

Qeyd edək ki, "H&M" bu texnologiyalardan istifadə edən ilk brend deyil. "Levi Strauss & Co." 2023-cü ilin mart ayında süni intellektlə yaradılan modellərdən insan modelləri "tamamlayacaq" şəkildə istifadə etməyi planlaşdırdığını açıqlamışdı. Lakin sərt tənqidlərlə üzləşdikdən sonra şirkət canlı fotosessiyalardan imtina etmək niyyətində olmadığını qeyd etmişdi.

Ötən ilin iyul ayında isə İspaniyanın "Mango" brendi gənclər kolleksiyasının tanıdılması üçün tamamilə suni intellekt ilə yaradılmış kampaniya həyata keçirmişdi.

Bu arada, süni intellektlə yaradılmış influenserlər və modellər getdikcə yayılmağa başlayıb. Hətta ötən il dünyanın ilk süni intellekt gözəllik müsabiqəsi də keçirilib.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni toy mövsümü başladı: 450 manata da menyu var

Ən böyük polad istehsalçılarından biri 1 milyard dollar zərərlə işləyib

Bu ASC-yə yeni sədr təyin olunacaq

Bakıda 213 mənzil bu tarixdən kirayə mexanizmi ilə satışa çıxır

Bakıda 213 mənzil bu tarixdən kirayə mexanizmi ilə satışa çıxır

"PAŞA Bank" keşbek faizlərini azaltdı

Təmir gedə-gedə kabab bişirdilər: Sahibi cəzalandırıldı - Fotolar

Dövlət Sosial Müdafiə Fondu ABB-yə 22 milyon ödəyəcək

Göstərişi Fazil Məmmədov verib, xahişi Nəcməddin Sadıkov edib - “Şlyapa Zahid”in 42 milyonluq mənimsəmə işi

“Azercell” mobil nömrələrdən istifadəyə görə məcburi aylıq xidmət haqqı tutur - MƏBLƏĞ

Milli Məclis 1 milyonluq sifariş verdi

Vətəndaşın evini uçuran “Melissa Group”da satış dayandırıldı

Rusiyada yoxsulluq artıb

“KANAL S”in yayımı 24 saatlıq dayandırılacaq

Azərbaycanlı notariusun Londondakı uğur hekayəsi - MÜSAHİBƏ

Azərbaycanlı notariusun Londondakı uğur hekayəsi - MÜSAHİBƏ

İş qrafikinin dəyişdirilməsi sahibkarlıq sahəsinə necə təsir göstərə bilər?

Meyvə bağlarına dəyən zərərə görə 18 dəfə artıq sığorta ödənib

Avstraliyadan idxalımız 240 dəfə artıb - İxrac azalıb

Apreldə neçə gün evdə qalacağıq?

"Google"un ən böyük 1 Aprel zarafatı

Ayın sonu pulsuz qalmağa səbəb olan maaş xərcləmə metodu

Ayın sonu pulsuz qalmağa səbəb olan maaş xərcləmə metodu

Antalya turizminin tacı - Belek

ABB-nin yeni törəmə şirkəti təsis edildi

Startap təsisçisi "JPMorgan"ı aldadıb

Bu şəxslərə pul veriləcək - Büdcədən 98 min manat ayrıldı

İlham Əliyev dövlət agentliyinə 5 milyon manat ayırdı

Çində uçan taksilərə yaşıl işıq yandırıldı - Fəaliyyətə başlayırlar

Bu uşaqlara müavinət veriləcək - Prezident təsdiqlədi

Rusiyadan Azərbaycana 6 min manatlıq cin gətirilib

Sabah hava necə olacaq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin