
29.03.2025 / 10:55
“Starlink” Azərbaycanda fəaliyyətə başlayıb: Qiyməti nə qədərdir?
67657
Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib.
Valyuta.Az xəbər verir ki, bu barədə şəbəkənin “X” hesabında paylaşım edilib.
Starlink’s high-speed, low-latency internet is now available in Azerbaijan! ?️??❤️ → //t.co/iPXYizD1YE pic.twitter.com/oabBYuYfT0
— Starlink (@Starlink) March 29, 2025
Qeyd olunub ki, artıq Azərbaycanda “Starlink”in yüksək sürətli və aşağı gecikməli internet xidməti mövcuddur.
Azərbaycanlı istifadəçilər "Starlink" xidmətindən yararlanmaq üçün "Starlink Mini Kit" və ya "Starlink Standard Kit" cihazlarından birini əldə etməlidirlər. Cihazların qiyməti müvafiq olaraq 340 və 670 manat, çatdırılması 50 manatdır.
Xidmətin aylıq abunə haqqı isə 100 manat müəyyən edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay