BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
67654

İlon Mask süni intellekt şirkəti olan "xAI"nin onun nəzarətində olan "X" sosial platformasını 33 milyard dollar dəyərində satın aldığını açıqlayıb. Mask bu əməliyyatı tamamilə səhmlər üzərindən həyata keçirdiyini və bununla da iki əsas texnoloji struktur arasında daha dərin inteqrasiya yaratdığını bildirib.

Valyuta.Az xəbər verir ki, Mask "X" hesabında paylaşdığı məlumatda qeyd edib ki, birləşmə "xAI"ni 80 milyard, "X"i isə 33 milyard dollar olaraq qiymətləndirir. O əlavə edib ki, "X"in 12 milyard dollarlıq borcu da nəzərə alındıqda, platformanın ümumi dəyəri 45 milyard dollara çatır.

Məsələ ilə tanış mənbələrin bildirdiyinə görə, bu struktur dəyişikliyi nəticəsində "XAI Holdings" adlı yeni bir vahid korporativ qurum yaradılıb. Bu qurum, hər iki şirkətin imkanlarını bir araya gətirərək 100 milyard dollardan çox ümumi dəyərə sahib olacaq. Qeyd olunur ki, razılaşmada "Morgan Stanley" yeganə maliyyə məsləhətçisi kimi çıxış edib və hər iki tərəfi təmsil edib.

Mask bu addımı ilə "xAI"nin süni intellekt sahəsindəki gücünü "X" platformasının geniş istifadəçi bazası və məlumat imkanları ilə birləşdirməyi hədəfləyir. O, paylaşımında bildirib:  “'xAI' və 'X'in gələcəkləri bir-biri ilə sıx bağlıdır; bu gün məlumatları, modelləri, hesablamanı, paylanmanı və istedadı birləşdirmək üçün rəsmi addım atırıq. Bu sinergiya, süni intellekt texnologiyalarında böyük potensialın qarşısını açacaq.

Qeyd edək ki, İlon Mask 2022-ci ilin oktyabrında "Twitter"i təxminən 44 milyard dollara satın almış, daha sonra platformanın adını "X" olaraq dəyişmişdi. İndi isə bu yeni strukturla o, həm sosial media, həm də süni intellekt sahəsində daha inteqrasiya olunmuş texnoloji ekosistem qurmağa çalışır.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Vətəndaşın evini uçuran “Melissa Group”da satış dayandırıldı

Rusiyada yoxsulluq artıb

“KANAL S”in yayımı 24 saatlıq dayandırılacaq

Azərbaycanlı notariusun Londondakı uğur hekayəsi - MÜSAHİBƏ

Azərbaycanlı notariusun Londondakı uğur hekayəsi - MÜSAHİBƏ

İş qrafikinin dəyişdirilməsi sahibkarlıq sahəsinə necə təsir göstərə bilər?

Meyvə bağlarına dəyən zərərə görə 18 dəfə artıq sığorta ödənib

Avstraliyadan idxalımız 240 dəfə artıb - İxrac azalıb

Apreldə neçə gün evdə qalacağıq?

"Google"un ən böyük 1 Aprel zarafatı

Ayın sonu pulsuz qalmağa səbəb olan maaş xərcləmə metodu

Ayın sonu pulsuz qalmağa səbəb olan maaş xərcləmə metodu

Antalya turizminin tacı - Belek

ABB-nin yeni törəmə şirkəti təsis edildi

Startap təsisçisi "JPMorgan"ı aldadıb

Bu şəxslərə pul veriləcək - Büdcədən 98 min manat ayrıldı

İlham Əliyev dövlət agentliyinə 5 milyon manat ayırdı

Çində uçan taksilərə yaşıl işıq yandırıldı - Fəaliyyətə başlayırlar

Bu uşaqlara müavinət veriləcək - Prezident təsdiqlədi

Rusiyadan Azərbaycana 6 min manatlıq cin gətirilib

Sabah hava necə olacaq?

Yeni cərimə müəyyən edilir - 500-dən 1000 manatadək

Yeni cərimə müəyyən edilir - 500-dən 1000 manatadək

İran Prezidenti Azərbaycana rəsmi səfərə gələcək

Tikinti şirkətinin rəhbərinə müşavir təyin edildi

Rusiya şirkəti Azərbaycandakı BOKT-dan nə qədər qazanır? - Rəqəmlər

Nazirlər Kabineti dövlət rüsumu ilə bağlı qərar verdi

Həmin məktəbi Ramiz Mehdiyevin qızına vermədilər

Azərbaycanda bu gündən yeni qadağa qüvvəyə minir

Azərbaycanda bu gündən yeni qadağa qüvvəyə minir

Rusiyalı milyarderlərin sərvətləri açıqlandı - Birinci yerdə odur

Nazir iki şöbə müdirini işdən çıxardı

Hacı Vəliyev saxlanıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin