BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
67589

Risklərin artdığı bir dövrdə sığorta, həm fərdi şəxslər, həm də şirkətlər üçün həyatın ayrılmaz bir hissəsinə çevrilir. Azərbaycanda sığorta bazarı son illər sürətlə inkişaf edərək, daha geniş kütləni əhatə edir. Bu ilin yanvar ayında sığorta yığımlarında artımın müşahidə edilməsi bu tendensiyanın davam etdiyini göstərir.

Valyuta.az yanvar ayı üzrə sığorta bazarındakı yığımlarda əsaslı paya sahib olan şirkətləri araşdırıb.

Bu ilin yanvar ayında "Paşa Sığorta" şirkəti 69 milyon 50 min manat sığorta haqqı toplayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% artım nümayiş etdirir. Şirkətin bazardakı payı isə bu ilin yanvar ayında 42,19%, ötən ilin müvafiq dövründə isə 49,38% olub. Yəni, şirkət bazarın əsaslı hissəsinə sahibdir. 

"Paşa Həyat Sığorta" şirkəti yanvar ayında 50 milyon 319 min manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33% artım göstərir. Şirkətin bazardakı payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% artaraq 30,7%-ə çatıb.

Bu ilin yanvar ayında "Atəşgah Həyat Sığorta" şirkəti 7 milyon 965 min manat sığorta haqqı toplayıb. Bu, əvvəlki illə müqayisədə 59,2% artım deməkdir. Şirkətin bazardakı payı 4,86%-ə çatıb, ötən ilin eyni dövründə isə bu göstərici 3,59% idi.

"Aqrar Sığorta" şirkəti isə yanvar ayında 7 milyon 613 min manat sığorta haqqı toplayıb ki, bu da əvvəlki ilə nisbətən 10,35% artım təşkil edir. Şirkətin bazardakı payı isə 4,65%-dir. Əvvəlki il isə bu göstərici 4,95% olub.

Ümumilikdə isə bu ilin yanvar ayında sığorta şirkətlərinin xətti ilə 163 milyon 658 min manat sığorta haqqı toplanıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,64% çoxdur. 2024-cü ildə bu rəqəm 139 milyon 114 min manat idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

67 və 64 yaşlı sabiq vəzifəli şəxslər elektron qolbaqda gəzəcək: Özlərini mükafatlandırıblar

İşdə səmərəli vaxt keçirməyin 7 yolu

Aprel ayında Bakıda hava 30 dərəcəyədək isti olacaq

"Apple"dan yeni addım - Şəxsi həkiminiz yanınızdan ayrılmayacaq

Süfrəmizdən əskik olmayan bu məhsulun idxalı azalıb

Şərurlu İsfəndiyar: "Mən oturmuşam, pullar da gəlir" (VİDEO)

Qarğıdalı idxalı kəskin artdı

Mütəxəssislər xəbərdarlıq edir: ChatGPT ilə bu 5 məlumatı paylaşmaq təhlükəlidir

Sabah hava necə olacaq?

Rəqəmsal bacarıqlara uyğunlaşmaq üçün hər kəs nələri öyrənməlidir?

Qızılın qiyməti rekord həddə çatdı

"Apple" şirkəti və İlon Mask arasında qarşıdurma

"Ethereum" dəyər itirir: Analitik ehtimal olunan qiymət səviyyəsini açıqladı

"Bitcoin" və digər kriptovalyutalar ucuzlaşır - Son qiymətlər

Nəticəyönümlü komanda üçün müdir-işçi harmoniyası - SƏHƏR OXUSU

31 Mart soyqırımından 107 il ötür

İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

Son 1 ildə ən çox bahalaşan qida məhsulları

Diqqətin yayınmasında əsas səbəb telefon deyil - Araşdırma

Banklara ən çox borcu olan rayonlar - Cədvəl

2 aya 2.7 mln. manatlıq dərman istehsal olunub

Külək elektrik stansiyalarının istehsalı 60 %-dən çox azalıb

Azərbaycan bu ölkəyə investisiyalarını 1 ildə 6 900 dəfədən çox artırıb

Sabahın hava proqnozu açıqlanıb

Süni intellektin bizə qazandırdığı vaxtla nə etməliyik? - The Guardian

Dünyada baş verən ən güclü zəlzələlər - Siyahı

Türkiyə günlük ixracda Cümhuriyyət tarixinin II ən yüksək nəticəsini qeydə alıb

"EİOPA"dan kriptovalyuta xəbərdarlığı: sığorta şirkətləri üçün sərt tələblər gəlir

Daha xoşbəxt yaşamaq üçün gündə 20 dəqiqədən az vaxt aparan 3 vərdiş - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin