
İnvestisiya qoyuluşunun kəskin azaldığı sahələr
2025-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 mlrd. 8,9 milyon manat investisiya yönəldilib.
Valyuta.Az xəbər verir ki, bu 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 24,8 % daha azdır.
Məlumata əsasən, ümumi sərmayənin 45,2 %-i dövlət, 54,8 %-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.
2025-ci ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi investisiyanın 44,8 %-i sənaye, 26,5 %-i nəqliyyat və anbar təsərrüfatı, 21,6 %-i tikinti, 2,5 %-i informasiya və rabitə, 1,7 %-i təhsil, 0,7 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, hər biri 0,5 % olmaqla dövlət idarəetməsi və müdafiə, ticarət; nəqliyyat vasitələrinin təmiri, hər biri 0,4 % olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, maliyyə və sığorta, 0,2 %-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər biri 0,1 %- olmaqla peşə, elmi və texniki fəaliyyət, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.
İnvestisiya qoyuluşunda ən çox azalma kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, emal sənayesi, su təchizatı və tullantıların təmizlənməsi və emalı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində baş verib.
Belə ki, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinə 14,3 mln. manat investisiya qoyulub ki, bu da əvvəli ilin müvafiq dövrü ilə müqayisədə 73.7 % daha azdı.
Emal sənayesinə 61,1 mln. manat (71.3 % daha az), su təchizatı və tullantıların təmizlənməsi və emalına 8.1 mln. manat (70 % daha az), daşınmaz əmlakla əlaqədar əməliyyatlara 0.1 mln. manat (90% daha az), istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətə 0.1 mln. manat (71.3 % daha az) və əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 2.6 mln. manat (33.1 % daha az) investisiya yatırılıb.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay