BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
67526

Rəsmi statistikaya görə, hazırda ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 757 min nəfər təşkil edir. Onlardan 879,5 min nəfəri dövlət sektorunda, 877,5 min nəfəri isə qeyri-dövlət sektorunda çalışır. Statistik müqayisə göstərir ki, bu il yanvarından indiyədək əmək müqaviləsi ilə çalışanların sayı 21 min 500 nəfər azalıb.

Valyuta.az xəbər verir ki, özəl sektorda müqavilələrin sayında azalma daha çox olub - 18 min 200 nəfər.

Qeyd edək ki, əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Bəzi hallarda işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanılır. Lakin xidməti müqavilə hər hansı xidmətin göstərilməsi məqsədilə sifarişçi və icraçı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. Məsələn, tapşırıq müqaviləsi, podrat müqaviləsi və s.

Əmək müqaviləsi əvəzinə mülki-hüquqi müqavilələr bağlamaqla şəxslər Əmək Məcəlləsi ilə təsbit edilmiş bir sıra hüquq və imtiyazları itirmiş olurlar. Əmək müqaviləsinin bağlanmaması işçi üçün mənfi nəticələrə səbəb olur. İş stajı hesablanmır, gələcəkdə pensiya təminatına mənfi təsir edir, məzuniyyətlə bağlı bir sıra məhdidiyyətlə qarşılaşırlar, əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda müavinət ala bilmirlər və s.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov Bakupost.az -a deyib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.7-ci maddəsində işəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə məsuliyyət nəzərdə tutulub. Belə ki, bu halda vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə də məsuliyyət nəzərdə tutulub. Bu halla bağlı fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20,000 manatdan- 25,000 manatadək məbləğdə cərimə edilir.

Sahib Məmmədovun sözlərinə görə, pay torpağı, kənd təsərrüfatı təyinatlı torpağı olan istənilən ailədə əmək qabiliyyəti yaşında olan insanlar avtomatik məşğul sayılır. Təxminən 900 min pay torpağı götürsək və bunların hərəsində iki nəfəri hesablasaq, bu, 1 milyon 800 min nəfər edir. Yəni faktiki olaraq onlar qanunvericiliyə görə məşğuldur, amma nə dərəcədə məşğuldur, dəqiq bilinmir:

"Araşdırılıb öyrənilsə görünər ki, bəziləri məşğuldur, bəziləri qismən məşğuldur, bəziləri isə ümumiyyətlə, torpaqlarını satıb, amma bunu rəsmiləşdirməyib və s. Yaxud ailə-kəndli təsərrüfatlarını götürək, məlum olduğu kimi, ailə-kəndli təsərrüfatlarında əmək müqaviləsi bağlanmır. Ümumiyyətlə, aqrar sektorda əmək müqavilələrinin sayı kifayət qədər azdır.

Bakıda qeyri-formal əmək kollektivləri var, hansı ki, onlar ev tikir, təmir edirlər. Onlarda əmək müqaviləsi yoxdur, amma əslində faktiki olaraq məşğuldurlar. Həmçinin özünəməşğul insanlar var. Məsələn, sənətkarlar elan verir ki, kombi, soyuducu, televizor təmir edir, antena quraşdırır və yaxud müəyyən yerlərdə öz əməyini qeyri-rəsmi surətdə satır. Onlarla əmək müqaviləsi bağlamaq mümkün deyil, yoxdur. Onlar “kölgə iqtisadiyyatı"nın nümayəndələridir”.

Liqa sədri qeyd edib ki, əmək müqaviləsi ilə çalışanların sayının azalmasının bir neçə səbəbi var: “2023-cü ildə Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, mikrosahibkarlar yalnız o zaman güzəştli vergidən istifadə edə bilərlər ki, ən azı üç nəfər muzla işləyən işçi işə qəbul etsinlər. Görünür ki, kimlərsə formal olaraq belə işçiləri işə qəbul ediblər. Onlar faktiki olaraq işləmir, amma onların əvəzinə sosial ödəmələr həyata keçirilir. Bu, səbəblərdən biridir. Digər səbəb ilin sonunda bəzən hansısa şirkətlərin öz fəaliyyətlərini süni sürətdə dayandırıb, yenidən qeydiyyatdan keçməsi, VÖEN-i dəyişməsi və bu zaman işçiləri işdən azad edib, yenidən qəbul etməsidir. Bu hallar da rəqəmlərə təsir edir və əmək müqaviləsi ilə çalışanların sayı az görünür”.

Sahib Məmmədovun dediyinə görə, Azərbaycanda əmək bazarına daxil olanların sayı onu tərk edənlərdən çoxdur:

“Bizdə hələ də demoqrafik göstərici müsbət olaraq qalır. Gənclərin sayı çoxdur, əhalinin 64 faizini 40 yaşına çatmayanlar təşkil edir. Ona görə də əmək bazarına daxil olanlar çox, tərk edənlər isə azdır. Bu müsbət haldır ki, gənc əhalinin sayı çoxdur. Amma 2040-cı ildən sonra bizdə də böhran başlayacaq. İşsizliyin yaranmasına səbəb isə əmək qüvvələrinin regionlar üzrə düzgün paylanmamasıdır. Müəyyən sahələr var ki, orada ixtisaslı kadrlar çatışmır. Vakansiyalar var, amma işçi yoxdur. Bu da statistik rəqəmlərə öz təsirini göstərir”.

İqtisadçı millət vəkili Vüqar Bayramov hesab edir ki, əmək müqavilələrinin sayında azalma daha çox özəl sektordakı dəyişikliklər hesabına baş verib: "Aydındır ki, əmək müqavilələrinin sayı məşğulluğun rəsmilləşdirilməsi və daha çox iş yerlərinin yaradılması baxımdan vacibdir. Dövlət sektorunda əmək müqavilələrinin sayının azalması struktur islahatları ilə bağlı olsa da, özəl sektordakı azalma daha çox kiçik sahibkarların yaratdığı iş yerlərinin bağlanması ilə əlaqədardır. Belə ki, bu il yanvarın 1-dən etibarən mikrosahibkarlıq fəaliyyəti ilə məşğul olan, illik dövriyyəsi 45 min manatdan çox olmayanlar vergi güzəştlərindən faydalanırlar. Həmin sahibkarların gəlirlərinə artıq 75 faiz güzəşt tətbiq olunur. 2024-cü ildə isə həmin güzəşti əldə etmək üçün ən azı 3 işçiyə malik olmaq tələbi var idi. Yeni ildən həmin tələb götürüldüyü üçün, güman edilir ki, bu özəl sektorda əmək müqavilələrinin sayının azalmasına səbəb olub.

Digər tərəfdən, əmək müqaviləsi ilə çalışanlar arasında dövlət sektoru yenə də üstünlük təşkil edir. Belə ki, dövlət sektoru ilə müqayisədə özəl sektorda 2 min daha az əmək müqaviləsi qeydiyyatdan keçib. Təbii ki, məşğulluqda özəl sektorun payının artırılması daha prioritet olmalıdır. Özəl sektorun məşğulluğun təminatında və yeni iş yerlərinin yaradılmasında drayverə çevrilməsi olduqca vacibdir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Son 5 ildə xarici ticarət saldosu 100 milyard manatı ötüb

Biləsuvar Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarıldı

İran İR-nin Azərbaycana investisiyaları 2.7 mlrd. manatı ötüb

Mingəçevir su anbarında zəlzələ olub

Bu ölkələrdən gələn turistlər Azərbaycanda milyonlar xərcləyib - SİYAHI

Bu ölkələrdən gələn turistlər Azərbaycanda milyonlar xərcləyib - SİYAHI

Azərbaycanlı tələbə ABŞ-da birinci oldu - FOTO

Bakıda 10 min manatlıq “təqaüd dələduzluğu”

Azərbaycan və Gürcüstan arasında investisiya axını: Artan sərmayələr, azalan yatırımlar

ABŞ "Green Card" müraciətlərini dayandırdı

Bayramdan sonra ilk dərs gününün tarixi açıqlandı

Azərbaycanın Yaponiyaya sərmayələri 9 dəfəyə yaxın artıb

Niyə çox vacib işlərimiz olanda, əhəmiyyətsiz işlərə maraq göstəririk?

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat olub

Rusiya aviaşirkəti Bakıya uçuşları bərpa edir

Qarabağ Regional Təhsil İdarəsinə sektor müdiri təyin olundu

Qarabağ Regional Təhsil İdarəsinə sektor müdiri təyin olundu

Sabah 20 dərəcə isti olacaq

Atatürk prospekti bağlandı

"Sumqayıt Nəqliyyat"a yeni direktor təyin edildi

İnternetin sürətini zəiflətdən amillər hansılardır?

Dörd günlük iş həftəsi: Bütün dünyada necə dəyişir?

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətdə əsas tərəfdaşları - TOP 5

Neftimizin qiyməti 75 dollara düşüb

Dubayda "Burj Xəlifə"nin zirvəsində 51 milyon dollarlıq satış

Dubayda "Burj Xəlifə"nin zirvəsində 51 milyon dollarlıq satış

İlkin Şıxqəmzəyev vəzifəsindən azad edildi

Zavoddan 8 "Chevrolet Corvette" oğurlandı - Fərqində olmadılar

Süni intellektin əvəzləyə bilməyəcəyi 3 peşə - Bill Qeyts açıqladı

Universitetlərlə bağlı YENİLİK - Şirkətlərin sifarişi ilə kadr hazırlanacaq?

Kartımıza səhvən çox köçürülən maaşı geri qaytarmalıyıq? - Qanunun şərhi

“Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin