BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
67486

"Ölkənin müxtəlif ərazilərində, xüsusilə, paytaxt Bakı və ətraf ərazilərdə yüzlərlə yaşayış massivləri, kənd və qəsəbələr mövcuddur. Bu ərazilərdə yüz minlərlə fərdi yaşayış evi inşa edilib. Fərdi yaşayış evləri inşa edilərkən mütləq şəkildə həmin ərazinin relyefi, ekoloji durumu qiymətləndirilməlidir. Bundan sonra yaşayış massivlərinin salınmasına icazə verilməlidir. Vətəndaşlar özləri də fərdi yaşayış evi inşa edərkən mütləq həmin ərazinin ekologiyasını nəzərə almalıdırlar. Bu gün Bakı ətrafı ərazilərdə, xüsusilə Abşeronda yaşayış üçün qadağan olunmuş ərazilərdə tikilmiş fərdi həyət evləri birbaşa təhlükə mənbəyidir. Məsələn, Abşerondan vulkanik dağların ətrafında yaşayış massivləri tikilib. Həmin ərazidə istənilən zaman vulkan püskürə, böyük fəlakətlə nəticələnə bilər".

Valyuta.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Ekspert bildirib ki, yüksək gərginlikli elektrik stansiyalarının ətrafında tikilmiş fərdi yaşayış evləri də şüalanmaya məruz qalır: "Digər tərəfdən, rütubətli ərazilərdə yaşayış massivlərinin salınması həmin evlərin təmirinin qısa müddətdə bərbad vəziyyətə düşməsi ilə bərabər, insan sağlamlığına da mənfi təsirini göstərir. Buna görə də vətəndaşlar, xüsusilə, dənizə yaxın yerləşən ərazilərdə fərdi həyət evləri tikərkən mütləq ekoloqlardan, mütəxəssislərdən, coğrafiyaşünaslardan rəy almalıdırlar. Çünki Bakıda və ölkəmizin müxtəlif bölgələrində seysmik, sürüşməmeyilli torpaq sahələri mövcuddur. Bu kimi ərazilərdə zamanla sürüşmələr səbəbindən evlərdə çatlar və dağıntılar əmələ gəlir".

E.Fərzəliyevin sözlərinə görə, sıx şəkildə tikilmiş, işıq düşməyən, işıqlandırması az olan mənzillərdə daha çox xəstəliklər yaranır: "Bu, rütubətli mənzillərdə vərəm çöplərinin əmələ gəlməsinə səbəb olur. Təkcə Bakıda, Abşeronda deyil, Lənkəran, hətta Xaçmaz zonasında tikilən evlərdə də kəskin rütubət insan sağlamlığına ciddi zərər vurur. Digər tərəfdən, insan gözü daim uzaq və yaxın məsafəyə baxmalıdır. Daim evdə yaşayan sakinlərin yaşadıqları binaların qarşısında, yaxud fərdi həyət evlərinin tam yanında villa tipli mənzillər, yaxud çoxmənzilli bina tikilibsə, vətəndaşın həmişə yaxın məsafəni görməsi onda mütləq göz zəifləməsinə gətirib çıxarır. Yəni binalararası məsafənin yaxın olması da bu binalarda yaşayan insanların gözlərinin zəifləməsinə səbəb olur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Son 5 ildə xarici ticarət saldosu 100 milyard manatı ötüb

Biləsuvar Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarıldı

İran İR-nin Azərbaycana investisiyaları 2.7 mlrd. manatı ötüb

Mingəçevir su anbarında zəlzələ olub

Bu ölkələrdən gələn turistlər Azərbaycanda milyonlar xərcləyib - SİYAHI

Bu ölkələrdən gələn turistlər Azərbaycanda milyonlar xərcləyib - SİYAHI

Azərbaycanlı tələbə ABŞ-da birinci oldu - FOTO

Bakıda 10 min manatlıq “təqaüd dələduzluğu”

Azərbaycan və Gürcüstan arasında investisiya axını: Artan sərmayələr, azalan yatırımlar

ABŞ "Green Card" müraciətlərini dayandırdı

Bayramdan sonra ilk dərs gününün tarixi açıqlandı

Azərbaycanın Yaponiyaya sərmayələri 9 dəfəyə yaxın artıb

Niyə çox vacib işlərimiz olanda, əhəmiyyətsiz işlərə maraq göstəririk?

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat olub

Rusiya aviaşirkəti Bakıya uçuşları bərpa edir

Qarabağ Regional Təhsil İdarəsinə sektor müdiri təyin olundu

Qarabağ Regional Təhsil İdarəsinə sektor müdiri təyin olundu

Sabah 20 dərəcə isti olacaq

Atatürk prospekti bağlandı

"Sumqayıt Nəqliyyat"a yeni direktor təyin edildi

İnternetin sürətini zəiflətdən amillər hansılardır?

Dörd günlük iş həftəsi: Bütün dünyada necə dəyişir?

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətdə əsas tərəfdaşları - TOP 5

Neftimizin qiyməti 75 dollara düşüb

Dubayda "Burj Xəlifə"nin zirvəsində 51 milyon dollarlıq satış

Dubayda "Burj Xəlifə"nin zirvəsində 51 milyon dollarlıq satış

İlkin Şıxqəmzəyev vəzifəsindən azad edildi

Zavoddan 8 "Chevrolet Corvette" oğurlandı - Fərqində olmadılar

Süni intellektin əvəzləyə bilməyəcəyi 3 peşə - Bill Qeyts açıqladı

Universitetlərlə bağlı YENİLİK - Şirkətlərin sifarişi ilə kadr hazırlanacaq?

Kartımıza səhvən çox köçürülən maaşı geri qaytarmalıyıq? - Qanunun şərhi

“Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin