
Azərbaycan ABŞ-yə birbaşa investisiyalarını 70 %-dən çox azaldıb
Azərbaycan ABŞ-yə birbaşa investisiyalarını təxminən 71.6% azaldıb.
Valyuta.Az bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ildə Azərbaycandan ABŞ iqtisadiyyatına yatırıan birbaşa investisiyaların həcmi 88 mln. 527 min ABŞ dolları təşkil edib.
ABŞ-yə Azərbaycan investisiyalarının ümumi birbaşa xarici investisiyalardakı payı 5 % təşkil edir.
Öz növbəsində, ABŞ Azərbaycan iqtisadiyyatına birbaşa 149 mln. 826 min ABŞ dolları sərmayə qoyub. Əmirlik investisiyalarının Azərbaycanda birbaşa xarici investisiyalarının ümumi həcmindəki payı 2.1 % təşkil edib.
2023-cü ildə isə Azərbaycandan ABŞ iqtisadiyyatına yönəldilmiş birbaşa investisiyaların həcmi 311 mln. 775 min dollar, əksinə yönəldilmiş investisiyaların həcmi isə 171 mln. 908 min dollar təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 mlrd. ABŞ dolları təşkil edib. Azərbaycandan digər ölkələrin iqtisadiyyatına birbaşa olaraq 1 mlrd. 762 mln. ABŞ dolları sərmayə qoyulub.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay