BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
67424

Bu ilin yanvar-fevral ayları ərzində nağd xarici valyuta ilə mübadilə əməliyyatları üzrə göstəricilər məlum olub.

"Trend"in Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, göstəricilərdə ABŞ dolları, avro, ingilis funt sterlinqi və rus rublu üzrə mübadilə əməliyyatlarının həcmi təqdim edilib.

Belə ki, 2025-ci ilin ilk iki ayı ərzində banklar tərəfindən 116,1 milyon ABŞ dollarının alışı həyata keçirilib, 294,2 milyon ABŞ dollarının isə satışı təmin edilib. 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə dolların alışı 3,4 milyon valyuta həcmində və ya 2,8% azalıb, satışı isə 82,7 milyon ABŞ dolları və ya 39,1% artıb.

Həmçinin, cari ilin yanvar-fevral ayları ərzində banklar tərəfindən 9,8 milyon avro həcmində alış baş tutub. Bu dövr ərzində 17,1 milyon dəyərdə avro satışı təmin edilib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə avronun alışı 1 milyon valyuta həcmində və ya 12%, satış həcmi isə 6 milyon avro və ya 53,5% artıb.

Eyni zamanda, 2025-ci ilin ilk iki ayı ərzində 622 min dəyərdə ingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də, 2,7 milyon funt sterlinqi həcmində satış baş tutub. Bu valyuta vahidi üzrə alış ötən ilə nisbətən 7 min funt strelinq və ya 1,2%, satış isə 1,1 milyon valyuta həcmində və ya 66,2% artıb.

Bundan başqa, cari ilin yanvar-fevral aylarında 213,7 milyon Rusiya rublunun alışı həyata keçirilib. Bu dövrdə 176,4 milyon rus rublunun satışı banklar tərəfindən təmin edilib. Rus rublunun alışı ötən ilə nisbətən 1,1 milyard dəyərində və ya 84,1% azalıb. Həmçinin, rublun satışı isə 2024-cü ilin yanvar-fevral aylarındakı göstərici ilə müqayisədə 4,5 milyon dəyərində və ya 2,6% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mark Zukerberqin yeni hədəfi bəlli oldu: Süni super zəka

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

Dövlət Məşğulluq Agentliyi 245 min manatlıq lisenziya alır

Enerjiyə tam müstəqillik - Almanlar yeni cihaz yaratdı

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin