
23.03.2025 / 19:09
Könüllü sığorta ödənişləri 7 milyon manata yaxın artıb
67380
Bu ilin yanvar ayında Azərbaycanda sığorta bazarı üzrə yığımlar 163 milyon 658 min manat olub.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu məbləğin əsas hissəsi 140 milyon 601 min manat ilə könüllü sığorta üzrə yığımların payına düşür.
Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 22 milyon 294 min manat və ya 18,8% çoxdur.
Qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 118 milyon 307 min manat olub.
Könüllü sığorta üzrə sığorta ödənişlərinin həcmi də 6 milyon 972 min manat, yaxud da 22,8 artaraq 37 milyon 519 min manata çatıb. 2024-cü ilin yanvar ayında ödənişlərin həcmi isə 30 milyon 546 min manat idi.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay