BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
67373

"Tesla"nın "Autopilot" sistemi ilə "LiDAR" texnologiyasının müqayisə edildiyi qeyri-adi testlər, atonom nəqliyyat vasitələrinin mürəkkəb şəraitdə necə davrandığını və "Tesla"nın bu testlərdə necə uğursuzluğa düçar olduğunu ortaya qoyur. 

Valyuta.az xəbər verir ki, atonom nəqliyyat vasitələri sürücünün müdaxiləsinə ehtiyac duymadan təhlükəsiz hərəkət etmələri üçün nəzərdə tutulub. Lakin gözlənilməz hallar zamanı yaranan problemləri tez həll etmək qabiliyyətləri hələ də müzakirə mövzusudur. Qısa müddət əvvəl yayımlanan bir video, bu vasitələrin "həqiqi həyatda nadir rast gəlinən", lakin diqqət çəkən bir vəziyyəti necə idarə etdiyini nümayiş etdirir.

Məsələn, "Looney Tunes" cizgi filmində tez-tez rast gəlinən, "yol davamı kimi boyanmış divar" otonom nəqliyyat vasitələri üçün real maneə yarada bilir.

Keçmiş NASA mühəndisi və "YouTuber" Mark Rober bu problemi araşdırmaq məqsədilə "Atonom bir avtomobili aldatmaq olar?" başlıqlı videosunda iki fərqli otonom sistem üzərində sınaq keçirib. Bu sistemlərdən biri yalnız kompüter görməsinə əsaslanan "Autopilot" texnologiyasını, digəri isə "LiDAR" (İşıq Algılama və Məsafə Ölçmə) sensorlarından istifadə edən ad verilməmiş bir sistemi təmsil edib. Roberin ən diqqətəlayiq testi, cizgi filmdə Çaqqalın "Road Runner"a qarşı istifadə etdiyi kimi boyanmış divarın olduğu səhnə olub.

Test nəticələri olduqca maraqlıdır. "Tesla"nın "Autopilot" sistemi təxminən saatda 65 kilometr sürətlə irəliləyərkən, boyanmış divarı real yol zənni ilə qəbul edib ona toqquşur. Nəticədə, cizgi filmləri xatırladacaq şəkildə divarda böyük bir dəlik açılır. Bu hadisə, "Tesla"nın yalnız vizual məlumatlara əsaslanan sisteminin bu cür yanılmalara qarşı müdafiəsiz olduğunu göstərir.

Boyanmış divar testi, "Tesla Autopilot"unun "Mark Rober" tərəfindən aparılan altı test arasında üçüncü uğursuzluq olaraq qeydə alınıb. Bu testlər adətən otonom nəqliyyat vasitələrinin çətin şəraitdə insan təhlükəsizliyi baxımından nə qədər effektiv olduğunu ölçmək məqsədi daşıyır.

Sınaqlardan bəziləri aşağıdakılardır:

Uğurlu testlər: "Tesla" hərəkətsiz bir manken, ani önünə çıxan bir manken və parlaq, göz qamaşdıran işıqların arxasında gizlənən bir manken qarşısında vaxtında dayanmağı bacarır.
Uğursuz testlər: Sis və sıx yağış kimi təbii maneələr səbəbindən saxta bir uşağı fərq edə bilmir və boyanmış divarı qavramır.

Həqiqi həyatda boyanmış divarlarla qarşılaşma ehtimalı aşağı olsa da, sis və yağış kimi çətin şəraitin otonom nəqliyyat vasitələri üçün hələ də əhəmiyyətli maneə olduğu vurğulamaq lazımdır.

Mark Roberin testlərində "LiDAR" sensorlarından istifadə edən sistemlərin bütün sınaqları uğurla tamamladığı müşahidə edilib. Daşıya bilən "LiDAR" sensoru ilə "Disney World"dakı "Space Mountain" macərasını xəritələndirən Rober bu texnologiyaya dair maraqlı bir perspektiv təqdim edib. Lakin "LiDAR"ın əldə etdiyi uğurlar, "Tesla"nın niyə bu texnologiyanı tərk etdiyinə dair sualları da gündəmə gətirir.

"Tesla"nın rəhbəri İlon Mask "LiDAR" texnologiyasını “axmaqca bir iş” kimi qiymətləndirib və şirkət daha sərfəli olan kompüter görmə texnologiyasına üstünlük vermişdi. Maska görə, "LiDAR" sensorlarının yüksək qiyməti və sıx məlumat işləmə tələbləri bu texnologiyanı seçməyi çətinləşdirir. Lakin test nəticələri göstərir ki, təhlükəsizlik baxımından "LiDAR" daha təsirli bir həll təklif edir.

Mark Roberin videosu, otonom nəqliyyat vasitələrinin təhlükəsizlik texnologiyalarında nə qədər irəliləyiş əldə etməli olduğunu açıq şəkildə ortaya qoyur. "LiDAR"ın qiyməti yüksək olsa da, uşaqlara və digər maneələrə toqquşmamaq kimi əsas təhlükəsizlik tələblərində təsirli olduğu aydın olur. Hər nə qədər "Tesla", xərcləri azaltmaq üçün fərqli bir yol seçsə də, otonom nəqliyyat vasitələrinin daha təhlükəsiz bir gələcəyə nail olması üçün bu cür texnologiyalara ehtiyac açıq-aşkar mövcuddur.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 46%-ə qaldırıb

Yanvar ayında həyatını sığortalatdıranların sayı 38% artıb

Bayram tətilində hara getməli? - "Bu tətil qiymətlər əlverişlidir"

Böyük Britaniyada hər beş yetkin insandan biri hələ də iş axtarmır

Naxçıvanda Ailə Sağlamlıq Mərkəzi inşa ediləcək - 12.8 milyonluq layihə

“Equinor” Azərbaycandakı aktivlərinin satışından 713 milyon ABŞ dolları əldə edib

Əhali dollar və rubl alışını azaldıb, avroya isə maraq artıb

Əhali dollar və rubl alışını azaldıb, avroya isə maraq artıb

Şahdağ Turizm Mərkəzindən sahibkara 270 minlik sifariş

Ən çox şikayət olunan avto-icbari sığorta şirkətləri - SİYAHI

Bakıda məşhur kosmetoloq qanunsuz fəaliyyət göstərib, böyük məbləğdə cərimələnib (FOTO)

2025-ci ildə dünyanın və Asiyanın ən xoşbəxt ölkələri

Metro sərnişinlərinin sayı 34,9 milyona çatdı

Astarada ictimai yaşayış binalarının təmirinə başlanılacaq

Sabah yağış yağacaq, şimşək çaxacaq

"Express Bank" müştərilərindən 64 mln. manatdan çox faiz yığıb

Britaniya hökuməti Fərhad Əhmədovu sanksiyalar siyahısından çıxarıb

"Fitch" Almaniyanı reytinqlə təhdid edir

Yasamalda idarə rəisinin 1.7 mln. borcu var

Avropada yanvar ayının ən populyar avtomobilləri açıqlandı

Qızılın qiyməti yüksəlməyə davam edir

Süni intellekt laboratoriyası qurulacaq - 7,1 milyon manatlıq layihə

"BYD" yeni avtomobilini təqdim etdikdən sonra səhmləri rekord həddə çatıb

2025-2028-ci illər üçün süni intellekt strategiyasındakı istiqamətlər - (Video)

2025-2028-ci illər üçün süni intellekt strategiyasındakı istiqamətlər - (Video)

Dünyanın məhşur şirkətləri uğurlarını insan kapitalına borcludurlar -SƏHƏR OXUSU

"YouTube" reklam bloklayıcılara qarşı mübarizəni sərtləşdirir

Azərbaycanda növbəti "Peşələr festivalı" keçiriləcək

Azərbaycan "The Saudi Food Show 2025" sərgisində iştirak edəcək

Çində tələbat azalır, "Bentley"nin mənfəəti kəskin düşür

Dövlət Turizm Agentliyi sosial media reklamlarına 1.3 milyon ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin