
Metro sərnişinlərinin sayı 34,9 milyona çatdı
Bu ilin yanvar-fevral aylarında metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 34,9 milyon nəfər olub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azdır. Ötən ilin eyni dövründə bu göstərici 35 milyon nəfər olub.
Xatırlatma üçün qeyd edək ki, bu ilin yanvar ayında isə metrodan istifadə edənlərin sayı 18 milyon nəfər olub.
Bununla yanaşı, nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 20,7 milyon ton yük, 271,9 milyon sərnişin daşınıb.
Ümumilikdə isə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən bu ilin yanvar-fevral aylarında 36,3 milyon ton yük və 308,6 milyon sərnişin daşınıb.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə yük daşınması 3,1 faiz, sərnişin daşınması isə 4,8 faiz artıb.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay