BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8499
  • RUB
    1.9883
  • TRY
    0.0464
  • GBP
    2.1989
67294

Qusarda xəstəxanada pasiyentlərə vaxtı keçmiş dərmanların verilməsi barədə yayılan məlumatlar araşdırılır.

Bu barədə prokuroqrluqda araşdırma gedir.

Bununla bağlı yayılan “WhatsApp” yazışmaları da araşdırma predmetidir.

Qeyd edək ki, bir müddət əvvəl "Qusar Rayon Mərkəzi Xəstəxanası" PHŞ tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin xəstəxanada müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda PHŞ barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə publik hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda PHŞ-nin direktoru Kamil Hacıyev barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimələnib.

APA-nın əldə etdiyi məlumata görə, cərimə edilmə faktı da aparılan araşdırma çərçivəsində baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu qurumların milyonlarla borcu var

"WhatsApp" video keyfiyyətinin aşağı düşməsi - Həlli nədir?

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

Türkiyədə holdinq rəhbəri saxlanıldı

Nazirliyin idarəsi 35 milyonluq tender elan etdi

Türkiyə Banklarının fəaliyyət icazələri ləğv olunub

Azərbaycanda "2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiqlənib

Bələdiyyələrə məxsus torpaqlar hərraca çıxarılacaq

Rüstəm Orucov sədr, Fəridə Əzizova müavini oldu

Azərbaycanda kommunal xidmətlərlə bağlı yenilik edilir

Nazir idarə rəisini də işdən çıxardı - Generalın vəzifəsi ona tapşırıldı

Nazir idarə rəisini də işdən çıxardı - Generalın vəzifəsi ona tapşırıldı

"Aztelekom"un filial müdiri direktor təyin olundu

748 milyonluq yatırım - Nazirdən açıqlama

Bayram günü hava necə olacaq?

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsinin dayandırılacağı tarix açıqlanıb

Türk lirəsi tarixi minimumuna düşüb

ABB bu il rekord məbləğdə, 200 milyon manat dividend ödəyəcək - MÜSAHİBƏ

“Bank Respublika”nın rəhbərliyinə təyinat olub

Prezident Sahibə Qafarovaya "Şərəf" ordenini təqdim etdi (YENİLƏNİB/FOTO)

Prezident Sahibə Qafarovaya "Şərəf" ordenini təqdim etdi (YENİLƏNİB/FOTO)

Bu qurum 12 vəzifəyə işçi axtarır - SİYAHI

Mərkəzi bank sığorta agentinin lisenziyasını ləğv etdi

Şirkətin təsisçisi ilə direktoru eyni şəxs olduqda əmək münasibətləri necə tənzimlənir?

Bu bankların əmlakları hərraca çıxarılır - Siyahı

Bu rayonda 9,7 milyon manata xəstəxana tikilir

Təcrübəçiyə maaş verilməlidir?

Bakıda otelin fəaliyyəti dayandırıldı

Pensiyalar və sosial müavinətlər tam ödənildi

“Novruz” bayramında Azərbaycan otellərində QİYMƏTLƏR - Siyahı

“Novruz” bayramında Azərbaycan otellərində QİYMƏTLƏR - Siyahı

Azərbaycanda müavinət və təqaüdlər artırılır - Rəsmi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin