BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8499
  • RUB
    1.9883
  • TRY
    0.0464
  • GBP
    2.1989
67270

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikinti işləri yekunlaşdırılıb.

Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatında bildirilib.

Məlumata görə, mühüm əhəmiyyətə malik körpü bu gün vətəndaşların istifadəsinə verilib.

Keçidin istifadəyə verilməsi mərasimində Agentliyin İdarə Heyəti sədrinin müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və agentliyin əməkdaşları iştirak ediblər.

Sözügedən körpünün tikintisinə 2024-cü ilin dekabr ayında başlanılıb və 3 ay müddətində tikinti işləri tamamilə başa çatdırılıb. İnşa işləri hərəkət intensivliyi və yolun strateji əhəmiyyəti nəzərə alınaraq, fəsilə verilmədən və hava şəraitindən asılı olmayaraq sürətlə və yüksək keyfiyyətlə aparılıb. Nəticədə körpü Novruz bayramı ərəfəsində vətəndaşların istifadəsinə verilib.

Bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub. Lakin gələcəkdə hərəkət intensivliyinə uyğun olaraq mövcud yolun genişləndirilməsi baş verərsə körpünün həmin infrastruktura uyğun olması şərtdir ki, bu da layihə zamanı öncədən nəzərə alınıb. Belə ki, 3 aşırımdan ibarət olan körpü, 4 hərəkət zolağından ibarətdir. Körpü 104 metr uzunluğunda və 21,6 metr enində inşa olunub. Həmçinin, körpünün sağ və sol hissələrində piyada səkiləri də tikilib.

Körpü 4 dayaq üzərində inşa edilib və orta dayaqlarda 1,5 metr diametrli 6 sütun yerləşir. Ümumilikdə körpü 12 sütundan ibarət olub, hər dayaq iki cərgəli svaylar üzərində qurulub. Svayların uzunluğu 14 metr, diametri isə 1 metrdir və ümumilikdə 80 svaydan istifadə olunub.

Yeni körpü, Sumqayıt şəhəri ilə Saray qəsəbəsi arasındakı nəqliyyatın sürətini və təhlükəsizliyini artıracaq. Körpünün istifadəyə verilməsi körpüdən istifadə edən vətəndaşlar üçün mühüm rahatlıq yaradacaq, eyni zamanda komfortlu və asan nəqliyyat şəraitini təmin edəcək. Körpü hərəkət intensivliyinin yüksək olduğu və strateji əhəmiyyət kəsb edən yolun daha effektiv istifadəsinə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“N1 Restoran”ı cərimələndi

Dövlət Vergi Xidmətinə 900 minlik "dəstək"

Aİ-də 5,4 milyard avroluq xarici ticarət kəsiri yarandı

Bu şirkət adını dəyişir

ƏMDX texniki qulluğunu yenə eyni şirkətə həvalə etdi - 4.3 mln. manatlıq müqavilə

"Alphabet" tarixindəki ən böyük müqaviləni imzaladı

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

XIII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

İsrail 3 şirkətə qaz kəşfiyyatı lisenziyası verib - "SOCAR", "BP" və "NewMed Energy"

Xankəndi, Ağdərə və Xocalıda 650 minlik bayram tədbirləri

BP-nin icraçı vitse-prezidenti Bakıya səfər edib

Bu universitet 48 vəzifəyə işçi axtarır - SİYAHI

Azərbaycana gətirilən avtomobillər üçün gömrükdə terminal haqqı artırıldı

Azərbaycana gətirilən avtomobillər üçün gömrükdə terminal haqqı artırıldı

Məşhur liderlərin fərqli iclas qaydaları

"Alatava" restoranında ciddi nöqsanlar aşkarlandı

İş saatı nə qədər qısaldılacaq?

Tramp 1 milyon dollarlıq şəxsi şam yeməyi verib

Bu şəxslər iş prosesini aparmaq üçün sertifikat almalı olacaqlar

Prezident və xanımı Ağdərəyə gedən yolun açılışında iştirak edib - YENİLƏNİB

Əbu-Dabidən Qəbələyə aviareys açılır – Qiyməti

Sevinc Əliyevaya yeni vəzifə verildi

“Qala Həyat” səhmdarlarına 10 milyon manata yaxın dividend ödəyəcək

“Bank Respublika”nın əməkdaşından 256 min manatlıq dələduzluq

“Bank Respublika”nın əməkdaşından 256 min manatlıq dələduzluq

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşuldu®

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb

Qusar xəstəxanasında vaxtı keçmiş dərmanların verilməsi prokurorluqda araşdırılır

Azərbaycanda 10 şirkət ləğv edildi - Siyahı

Baş nazir qəzalı binalarla bağlı müşavirə keçirdi

“Azre Təkrarsığorta” “Qala Həyat”dakı payının bir hissəsini satıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin