BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8499
  • RUB
    1.9883
  • TRY
    0.0464
  • GBP
    2.1989
67269

Baş Prokurorluq və TƏBİB Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanması barədə birgə məlumat yayıb.

Valyuta.az xəbər verir ki, açıqlamada deyilir:

“Əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin icrası zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, həmçinin hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq kompleks tədbirlər həyata keçirilir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.

Qeyd edilən Mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlər davam etdirilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“N1 Restoran”ı cərimələndi

Dövlət Vergi Xidmətinə 900 minlik "dəstək"

Aİ-də 5,4 milyard avroluq xarici ticarət kəsiri yarandı

Bu şirkət adını dəyişir

ƏMDX texniki qulluğunu yenə eyni şirkətə həvalə etdi - 4.3 mln. manatlıq müqavilə

"Alphabet" tarixindəki ən böyük müqaviləni imzaladı

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

XIII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

İsrail 3 şirkətə qaz kəşfiyyatı lisenziyası verib - "SOCAR", "BP" və "NewMed Energy"

Xankəndi, Ağdərə və Xocalıda 650 minlik bayram tədbirləri

BP-nin icraçı vitse-prezidenti Bakıya səfər edib

Bu universitet 48 vəzifəyə işçi axtarır - SİYAHI

Azərbaycana gətirilən avtomobillər üçün gömrükdə terminal haqqı artırıldı

Azərbaycana gətirilən avtomobillər üçün gömrükdə terminal haqqı artırıldı

Məşhur liderlərin fərqli iclas qaydaları

"Alatava" restoranında ciddi nöqsanlar aşkarlandı

İş saatı nə qədər qısaldılacaq?

Tramp 1 milyon dollarlıq şəxsi şam yeməyi verib

Bu şəxslər iş prosesini aparmaq üçün sertifikat almalı olacaqlar

Prezident və xanımı Ağdərəyə gedən yolun açılışında iştirak edib - YENİLƏNİB

Əbu-Dabidən Qəbələyə aviareys açılır – Qiyməti

Sevinc Əliyevaya yeni vəzifə verildi

“Qala Həyat” səhmdarlarına 10 milyon manata yaxın dividend ödəyəcək

“Bank Respublika”nın əməkdaşından 256 min manatlıq dələduzluq

“Bank Respublika”nın əməkdaşından 256 min manatlıq dələduzluq

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşuldu®

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb

Qusar xəstəxanasında vaxtı keçmiş dərmanların verilməsi prokurorluqda araşdırılır

Azərbaycanda 10 şirkət ləğv edildi - Siyahı

Baş nazir qəzalı binalarla bağlı müşavirə keçirdi

“Azre Təkrarsığorta” “Qala Həyat”dakı payının bir hissəsini satıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin