
İdxal olunan məhsullarda uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümünələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.
Valyuta.az xəbər verir ki, uyğunsuzluqlar əsasən məhsul partiyalarının fiziki-kimyəvi göstəriciləri, həmçinin müvafiq olaraq kif-maya göbələklərinin və Aflatoksin B1-in normadan artıq olması ilə bağlı olub.
Uyğunsuzluq aşkarlanan məhsullar aşağıdakılardır:
Məhsulun adı |
İstehsal və son istifadə tarixi |
Miqdarı |
Mənşə ölkəsi |
İstehsalçı |
İdxalçı |
Hidrogenləşdirilmiş palma sterini |
01.11.2024 - 01.05.2026 |
23869.44 kq |
Malayziya |
“MOI Foods Malaysia Sdn. Bhd.” |
“Mamam Chocolate And Bakery” MMC |
Quzu əti |
30.11.2024 - 30.11.2025 |
17000 kq |
Monqolustan |
“AZAT LLC” |
“Eleven Group” MMC |
Dondurulmuş mal əti |
18.11.2024 - 18.11.2025 |
6180 kq |
Ukrayna |
“VKP”Verbovskoye” |
“Hereti Bottling Company” MMC |
Qarğıdalı yarması |
28.11.2024 - 28.09.2025 |
10000 kq |
Rusiya |
OOO “TРАСТ” |
“Bolluq LTD” MMC |
Faktla bağlı normativ tələblərə cavab verməyən məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya utilizasiyası barədə qərar qəbul olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay