
Çinli milyarder vəfat etdi
Honq Konq milyarderi Li Şau Ki vəfat edib
Valyuta.az xarici mənbələrə istinadən xəbər verir ki, Honq Konqda əmlak sahəsində böyük bir imperiyaya rəhbərlik etmiş milyarder iş adamı Li Şau Ki 97 yaşında vəfat edib.
Onun təsis etdiyi "Henderson Land Development Co. Ltd" şirkəti bildirib ki, Li bazar ertəsi axşam ailəsinin yanında sakit şəkildə dünyasını dəyişib. Ölüm səbəbi açıqlanmayıb.
Bildirək ki, Li 1976-cı ildə "Henderson Land Development Co. Ltd." şirkətini qurub və 2019-cu ilədək onun idarə heyətinin sədri və baş direktoru olub. Onu oğulları Piter Li və Martin Li əvəz ediblər.
"Forbes" jurnalının son reytinqinə əsasən, Li Şau Ki 29,2 milyard dollar sərvətlə Honq Konqun ikinci ən varlı adamı olub.
Digər Honq Konq milyarderləri kimi, o da şəhərin və materik Çinin inkişafına böyük töhfələr verən əsas xeyriyyəçilərdən biri olub. 2007-ci ildə Honq Konq hökuməti ona təhsil və ictimai xidmətlərdəki görkəmli fəaliyyətinə görə "Böyük Bauhiniya" ordenini təqdim edib.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay