BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.9379
  • RUB
    2.1492
  • TRY
    0.0433
  • GBP
    2.3014
67176

Əmlak alqı-satqısında əməliyyatların şəffaf olması və nağdsız ödənişlərin artırılması üçün dövlət bəzi vergi güzəştləri tətbiq edir. Bu güzəştlərdən biri də Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsinin alıcılara geri qaytarılmasıdır. Bu qayda ev alan və ödənişini bank vasitəsilə həyata keçirən şəxslərə müəyyən məbləğdə ƏDV-nin geri qaytarılmasını nəzərdə tutur. Bəs ev alan şəxsə nə qədər ƏDV qaytarılır? ƏDV-nin ödənilməsi qaydası necə həyata keçirilir?

Bakı Karyera Mərkəzinin rəhbəri, vergi eksperti Təhməz Qaçayev Valyuta.az-a bildirdi ki, bina tikintisi ilə məşğul olan vergi ödəyicilərindən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV-nin qaytarılması vergi məcəlləsinin 165.6-cı maddəsi ilə müəyyən olunur. Bu qaydalar isə eyni zamanda Prezidentin 25 may 2022-ci il fərmanı ilə tənzimlənir: “Vergi məcəlləsinin 165.6-cı maddəsinə əsasən bina tikintisi ilə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV məbləğinin 30%-i alıcıya geri qaytarılır. Prezidentin 2022-ci il 25 may fərmanına əsasən ƏDV məbləği o halda alıcıya qaytarılır ki, yaşayış və ya qeyri-yaşayış sahəsinin dəyəri satıcının bank hesabına yalnız nağdsız qaydada ödənilmiş olsun. Ödəniş nağd şəkildə həyata keçirilərsə, bu halda ƏDV məbləği qayıtmır”. 

Bu məsələlər üçün portal mövcuddur 

Ekspert bildirdi ki, nağdsız qaydada ödənişi həyata keçirməkdən, o cümlədən ƏDV-nin geri alınmağından ötrü portalda (//taxes.gov.az) alıcı qeydiyyatdan keçməlidir: “Satıcı da alıcıya yaşayış və ya qeyri yaşayış sahəsinin satışı ilə bağlı elektron qaimə tərtib edib göndərməlidir. Nəticədə həmin elektron qayda fakturası əsasında alıcı ödədiyi ƏDV-nin 30%-ini geri almaq hüququna malikdir. Bu əslində həm istehlakçılar, həm də vergi ödəyiciləri üzərində vergi nəzarətinin həyata keçirilməsi üçün müsbət haldır. Əsas məsələ ölkədə nağdsız ödənişləri də stimullaşdırmaqdır”. 

ƏDV-nin hesablanmasından nümunə gətirək

T.Qaçayev 100 min manatlıq mənzil alışı zamanı bizə qaytarılan ƏDV məbləği üzərindən izah etdi: "Deyək ki, siz 100 000 manatlıq bir mənzil aldınız. Qanunvericiliyə əsasən 100 000 manat dəyərin tərkibində 15 254 manat ƏDV məbləği təşkil edir. Yəni, əsas məbləğ 100 000 manat deyil, ƏDV daxil məbləğ 100 000 manatdır. Əsas məbləğ isə 100 000 manatdan 15 254 manatı çıxırıq və yerdə qalan məbləğ mənzilin əsas dəyəri hesab olunur. Bizə isə həmin 15 254 manatın 30 faizi ƏDV olaraq qaytarılır. Amma həmin 100 000 manatı satıcının bank hesabına nağdsız qaydada köçürməliyik ki, ƏDV-nin 30%-i bizə geri qayıtsın. Yəni, 15 254 manat ƏDV-yə daxildirsə və 30%-i alıcıya qayıdacaqsa, bu məbləğ 4 576.2 manat təşkil edir. 

Əgər alıcılar MTK-dan mənzil alırlarsa, çalışmalıdırlar ki...

Vergi ekspertinin sözlərinə görə, ola bilər ki, alıcı aldığı mənzilin ödənişini bir dəfəyə ödəməsin, hissə-hissə ödəniş etməli olsun: “Məsələn, ƏDV-li dəyərlə 100 000 manatlıq mənzil alır. Bunun 40 000 manatı bir, 30 000 manatı bir, qalan 30 000 manatını da bir ödəyir. Burada alıcının ödədiyi ƏDV məbləğinin 30%-i o halda qayıdır ki, bütün ödənişlər tam həyata keçirilmiş olsun. Yəni, yekun ödəmə tamamlanmış olsun ki, ƏDV məbləği ona geri qaytarılsın. Bu dediklərimizdən yekun bir nəticəyə gələ bilərik ki, əgər alıcılar hər hansı bir MTK-dan mənzil və yaxud qeyri-yaşayış sahəsi alarsa, onlar çalışmalıdırlar ki, nağdsız qaydada əldə etsinlər, beləcə ƏDV məbləğini geri ala bilsinlər. Bu da istehlakçı üçün çox sərfəli və yaxşı bir hal sayılır. Nağdsız qaydada əldə etmək tövsiyyə olunur və satıcıdan tələb etmək kimi bir hüququmuz da var”.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yasamalda restoran və iri tibbi mərkəzi kimi fəaliyyət göstərən obyekt satışa çıxarıldı - QİYMƏT

Yasamalda restoran və iri tibbi mərkəzi kimi fəaliyyət göstərən obyekt satışa çıxarıldı - QİYMƏT

"TuranBank" 33 yaşını qeyd edir®

"Snapchat"ın bu xidmətinə görə ödəniş etməli olacayıq

Bir kiloqramı 450 manata yerli çay

“Kosmik gəmi səhv tərcümə səbəbindən məhv olmuşdu” - 327 milyon dollarlıq itki

İran Azərbaycana qarpızın kilosunu 1,10 manata satıb

Qaz və işıqla bağlı yeni qanunlar nə vaxt qüvvəyə minəcək?

Azərbaycan neftinin qiyməti 72 dolları ötüb

AccessBank dollardan "doyub" - Depozit faizlərini kəskin azaltdı

AccessBank dollardan "doyub" - Depozit faizlərini kəskin azaltdı

"Bütün dünyada olan françayzlıq Azərbaycana gələndə forma dəyişdirir"

Rubl manat qarşısında dəyər itirir

İnnovasiya və Təchizat Mərkəzi yarım milyonluq oksigen alır

800 min manatlıq şirkətin səhmləri satıldı

"Bitcoin" 107 min dollara düşdü

“Sizi niyə işə götürək?” sualına veriləcək ən yaxşı cavablar -SƏHƏR OXUSU

"Apple"dan Avstraliyaya xəbərdarlıq: "Avropanı nümunə götürməyin"

Qanunsuz reklamların yayımı ilə bağlı məlumat

Bazarda satılan hər şey əmtəə hesab olunur?

Sabit tarifi necə ödəyəcəyik?- Video

Sabit tarifi necə ödəyəcəyik?- Video

“Azadoğlu Group”un yarım milyon manat vergi borcu var

Azərbaycanda daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Ay kraterlərində trilyonlarla dollarlıq sərvət gizlənə bilər

Vergi borcu 80 mini ötən şirkət kimindir?

TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı®

“YouTube” ABŞ iqtisadiyyatına 55 milyard dollar qazandırıb

İcra hakimiyyətinin abadlıq işləri ilə bağlı tenderi baş tutmadı

"Atəşgah Sığorta" və "PAŞA Sığorta"dan şikayətlər artır

"2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?

Dünyanın ən bahalı 5 brendi - ADLARI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin