BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8431
  • RUB
    1.9726
  • TRY
    0.0463
  • GBP
    2.2001
67157

Dəniz dibini kilometrlərlə qazmaq üçün inşa edilən və adı "arzu" mənasını verən Çinin nəhəng sondaj gəmisi "Meng Şianq"ı yer qabığının altındakı mantonu öyrənmək üçün vəzifələndirilib. Əgər bu missiya uğurla başa çatsa, yer kürəsinin daxili quruluşu və planetimizi formalaşdıran tektonik qüvvələr haqqında mühüm sirlər açıla bilər.  

Valyuta.Az "Euronews"a istinadla xəbər verir ki,2024-cü ilin noyabrında istifadəyə verilən "Meng Şianq"ın dəniz dibinin 11 kilometr dərinliyinə qədər sondaj edə biləcəyi məlumdur.  

Dünyada bu miqyasda elmi qazıntılar apara bilən digər gəmilər "Meng Şianq"ın hədəflədiyi dərinlik səviyyəsindən geri qalır. Yaponiya istehsalı olan "Çikyu" gəmisi maksimum yeddi kilometr dərinliyə enə bildiyi halda, daha sonra xidmətdən çıxarılan ABŞ-yə məxsus "JOIDES Resolution" gəmisi 8,4 kilometr dərinliyə qədər qazma qabiliyyətinə malik idi.  

179,8 metr uzunluğundakı nəhəng "Meng Şianq" gəmisi 120 gün ərzində öz ehtiyaclarını tam qarşılayacaq şəkildə dizayn edilib və 180 nəfərlik ekipajı daşıya bilir. Gəmidə həmçinin geologiya, geokimya, mikrobiologiya və okean elmi sahələrində tədqiqatlar aparan doqquz elmi laboratoriya mövcuddur.  

Dünyada indiyə qədər açılan ən dərin süni qazıntı Rusiyanın şimalında, Kola yarımadasında yerləşir. 12.262 metr dərinliyə çatan bu qazıntı "Meng Şianq"ın sondaj imkanlarından təxminən bir kilometr daha dərin olsa da, okean dibindəki qabığın daha incə olması Çinin gəmisinin daha dərinə enməsinə imkan yaradacaq.  

Quruda yer qabığının 37,5 kilometr qalınlığında olduğu bölgələrlə müqayisədə, okean qabığı cəmi beş-səkkiz kilometr qalınlığa malikdir ki, bu da bu sahədə aparılan araşdırmalara əhəmiyyətli üstünlük qazandırır. Həmçinin, orta okean silsilələri kimi dinamik geoloji proseslərin təsir etdiyi ərazilərdə qabığın daha da nazildiyi müşahidə olunur.  

Əvvəlki tədqiqatlarda bu nazik qabıq bölgələri yerin mantosundan nümunələr götürmək üçün istifadə edilib. Lakin "Meng Şianq" birbaşa manto təbəqəsinə çatmaq üçün qabığın kilometrlərlə dərinliyinə enməyi hədəfləyir.  

Əgər "Meng Şianq" missiyası uğurla başa çatsa, insanlığın yer kürəsinin quruluşu, geologiyası və planetin formalaşmasına təsir edən qüvvələr haqqında biliklərində inqilabi dəyişikliklər yarana bilər.  

Çin Geoloji Araşdırmalar Mərkəzinin Quanqcou dəniz geoloji araşdırmalar direktoru Syu Çjençyanq (Xu Zhenqiang) bu layihə ilə bağlı açıqlamasında bildirib:  
 "Əldə ediləcək dərin nüvə nümunələri alimlərə plitə tektonikası, okean qabığının təkamülü, qədim dəniz iqlimləri və həyatın inkişafı haqqında birbaşa sübut təqdim edəcək. Bu araşdırma insanlığın okeanları daha yaxşı anlamasına, qorumasına və istifadə etməsinə kömək edəcək."  

Texas Universitetinin seysmik stratigrafı Ceyms Ostin (James Austin) isə 2024-cü ildə "Science" jurnalına verdiyi müsahibəsində Çinin belə bir gəmi inşa etməsindən məmnun olduğunu, lakin ABŞ-nin artıq bu cür layihəyə sahib olmamasının üzücü olduğunu bildirib.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

PrezidentdənXanlar Vəliyevlə bağlı SƏRƏNCAM

Nazirlər Kabinetindən bu şəxslərin maaşları ilə bağlı yeni QƏRAR

Bu tarixdən Gürcüstana qatarla gedib-gəlmək mümkün olacaq

Generalın sədri olduğu federasiya fəaliyyətini dayandırdı

Bakıda daha bir park salınır

Bakıda daha bir park salınır

Xızının prokuroru qəzaya düşdü

“Qayi Bulaq” istirahət mərkəzi bağlandı - Video

Xarici ticarət dövriyyəsi $8 milyardı keçdi

Bakı və ətrafında avtobusların sayı artırılacaq

I sinifə qəbul prosesinin müddəti uzadıldı

Magistratura karyera üçün bir fürsət ola bilər - Ekspert

Qəsəbəyə yeni yol çəkildi, əmlakların dəyəri artdı

Qəsəbəyə yeni yol çəkildi, əmlakların dəyəri artdı

İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib

Dünyada ərzaq qiymətləri artıb - SİYAHI

İlham Əliyev Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Süni torpaq sahəsinin icarə haqqının hesablanması qaydası təsdiqləndi

Ramazan ayında insanları belə aldadırlar - XƏBƏRDARLIQ

“Azərenerji”də İdarə Heyəti yaradılacaq

“Azərenerji” ləğv edilir və yenidən təşkil edilir - Prezidentdən fərman

Bu məktəblərdə nöqsanlar aşkarlandı

“Bakı Metropoliteni”nə yeni departament rəhbəri təyin edildi

İspaniyada günlük həyat xərcləri - Bu ölkədə yaşamaq asandır?

İspaniyada günlük həyat xərcləri - Bu ölkədə yaşamaq asandır?

"Bu şəxslərin gəlirlərinə 75 faiz güzəşt tətbiq olundu"

Daha bir restoranın fəaliyyəti dayandırıldı

Əcnəbi vətəndaşlar üçün vergi güzəşti

Çingiz Mehdiyevə hökm oxundu

Bu ərazilərdə qaz olmayacaq

Torpaqlara necə çıxarış almaq olar?

Bu həftə 3 gün işləyəcəyik

Bu həftə 3 gün işləyəcəyik

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin