BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
67078

Dünyanın ən böyük kriptovalyuta birjası Binance və Əbu-Dabi yerləşən süni intellekt və qabaqcıl texnologiya investoru MGX tarixi əhəmiyyətə malik 2 milyard dollarlıq investisiya elan edib. Bu əməliyyat, Binance-in indiyədək aldığı ilk institusional investisiya olmaqla yanaşı, rəqəmsal aktivlərin qlobal miqyasda qəbul edilməsinə mühüm töhfə verir və blokçeynin qlobal maliyyədəki rolunu daha da möhkəmləndirir. Eyni zamanda, bu investisiya kriptovalyuta şirkətinə edilən ən böyük sərmayə və stablecoin ilə həyata keçirilmiş ən böyük investisiya kimi tarixə düşür.

Bu investisiya, MGX-in kriptovalyuta və blokçeyn sektorlarına ilk girişi olmaqla yanaşı, blokçeynin cəmiyyətə transformativ təsirini dəstəkləmək strategiyasının bir hissəsi olaraq Binance-də azlıq payı əldə etməsini təmin edir. Sənayenin aparıcı oyunçusu ilə tərəfdaşlıq edərək, MGX süni intellekt, blokçeyn texnologiyası və maliyyə sahələrinin kəsişməsində innovasiyaları təşviq etməyi hədəfləyir.

Binance, innovasiya, qabaqcıl kriptovalyuta tənzimləmələri və rəqəmsal aktivlər üçün aydın hüquqi çərçivələri ilə tanınan BƏƏ-də güclü mövqeyə malikdir. Hazırda Binance-in qlobal miqyasda təxminən 5,000 əməkdaşının 1,000-i BƏƏ-də çalışır. Binance, bu sənayedə əhəmiyyətli üstünlüyə sahibdir. Ticarət həcminə görə, bir neçə iri kriptovalyuta birjasını birləşdirən həcmi üstələyir, 260 milyondan çox qeydiyyatlı istifadəçiyə malikdir və ümumi ticarət dövriyyəsi $100 trilyonu keçib. Bu investisiya, Binance-in kripto inqilabının ön sıralarında lider mövqeyini möhkəmləndirməklə yanaşı, MGX-in süni intellektlə gücləndirilmiş blokçeyn həlləri, mərkəzsiz maliyyə (DeFi) və tokenləşdirilmiş rəqəmsal iqtisadiyyatı dəstəkləməyə sadiqliyini vurğulayır.

MGX-in Baş İcraçı Direktoru Ahmed Yahia: “MGX-in Binance-ə yatırdığı investisiya, rəqəmsal maliyyə sahəsində blokçeyn texnologiyasının transformativ potensialını inkişaf etdirmək öhdəliyimizi əks etdirir. İnstitusional qəbuletmə sürətləndikcə, təhlükəsiz, tənzimləyici tələblərə uyğun və genişlənə bilən blokçeyn infrastrukturuna və həllərinə ehtiyac heç vaxt indiki qədər böyük olmayıb. Binance uzun illərdir birja texnologiyasından tokenləşdirməyə, stekinq və ödəniş həllərinə qədər kriptovalyuta innovasiyalarının aparıcı qüvvəsi olub. Birlikdə, daha inklüziv və güclü bir rəqəmsal maliyyə ekosistemi qurmaq üçün səylərimizi birləşdiririk”.

Binance-in CEO-su Riçard Teng əlavə edib: “MGX-in bu investisiyası həm kriptovalyuta sektoru, həm də Binance üçün mühüm bir mərhələdir. Birlikdə, rəqəmsal maliyyənin gələcəyini formalaşdırırıq. Bizim hədəfimiz, tənzimləmə uyğunluğu, təhlükəsizlik və istifadəçi qorumasına xüsusi diqqət yetirərək, daha inklüziv və dayanıqlı bir ekosistem yaratmaqdır. Binance olaraq, qlobal tənzimləyicilərlə əməkdaşlıq etməyə və kriptovalyuta sənayesi üçün şəffaf, məsuliyyətli və gələcəyə yönəlmiş siyasətlərin formalaşmasına töhfə verməyə sadiq qalırıq. Təhlükəsizlik və tənzimləmə sahəsində davamlı investisiyalarımız, etibarlı və təhlükəsiz rəqəmsal maliyyə ekosistemini inkişaf etdirmək missiyamızı daha da gücləndirir”.

Riçard Teng, əvvəllər dünyaca məşhur Əbu-Dabi Maliyyə Xidmətləri Təşkilatının (ADGM) baş direktoru vəzifəsində çalışıb və dünyanın ilk kripto tənzimləmə çərçivələrindən birinin hazırlanmasında mühüm rol oynayıb. Onun bu sahədəki liderliyi, Binance-in tənzimləmə strategiyasının formalaşmasında əsas təsirə malik olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin