
İlon Maska Kanada şoku: "Tesla" üçün endirimlər ləğv edildi
Ticarət müharibəsi genişlənərkən, Kanadanın Britaniya Kolumbiyası əyaləti "Tesla" üçün nəzərdə tutulan dövlət subsidiyalarını ləğv edib.
Valyuta.az xəbər verir ki, Kanadanın ən sıx məskunlaşmış üçüncü əyaləti olan Britaniya Kolumbiyası "Tesla" şarj cihazlarını quraşdıranlara verilən dövlət dəstəyini dayandıraraq, ABŞ mallarına qarşı məhdudiyyətləri artırıb. Bu addım, Kanada hökumətinin keçmiş ABŞ prezidenti Donald Trampın iqtisadi təzyiqlərinə cavab olaraq həyata keçirdiyi tədbirlərin bir hissəsi kimi qiymətləndirilir.
Eyalətin enerji şirkəti "BC Hydro" rəsmi internet saytında yayımladığı açıqlamada "Tesla"nın şarj cihazlarının, akkumulyatorlarının və invertorlarının 12 mart tarixindən etibarən endirim proqramlarına uyğun olmayacağını bildirib.
Açıqlamada deyilir: "BC hökuməti və "BC Hydro" gələcək endirim proqramlarında Kanada mallarına üstünlük vermək və mümkün olduğu qədər ABŞ istehsalı olan məhsulları istisna etmək üçün addımlar atır".
Bu qərardan təsirlənən brendlər arasında "Tesla"nın adı xüsusilə vurğulanıb. Lakin "Ford Motor" kimi digər ABŞ markalarının məhsulları hələ də güzəştlər üçün uyğun olaraq görünür.
Bundan əlavə, Britaniya Kolumbiyasının geniş avtomobil dəstək proqramı ilə bağlı veb-saytda artıq "Tesla" markalı heç bir avtomobilin qeyd olunmadığı müşahidə edilib. Bunun yeni bir siyasət dəyişikliyinin nəticəsi olub-olmadığı isə hələ dəqiqləşdirilməyib. BC Enerji və İqlim Həlləri Nazirliyi və "Tesla"nın nümayəndələri mövzu ilə bağlı açıqlama verməyib.
Kanada Trampın ölkəni "iqtisadi güc" vasitəsilə ABŞ-ın 51-ci ştatına çevirmək hədəsinə cavab olaraq, ABŞ-ın gömrük tariflərinə qarşı əlavə tariflər və qeyri-tarif tədbirləri tətbiq edir.
Bu qərar, eyni zamanda Trampın əsas tərəfdarlarından biri olan və onun müşavirləri arasında yer alan "Tesla" icraçı direktoru və ən böyük səhmdarı İlon Maska qarşı yönəlmiş addım kimi də qiymətləndirilir. "Tesla"nın səhmləri Avropada satışların azalması fonunda 2025-ci ildə təxminən 40% dəyər itirib.
"BC Hydro" veb-saytına görə, Britaniya Kolumbiyasının elektrikli avtomobil dəstək proqramları, ev şarj cihazlarının alınması və quraşdırılması xərclərinin 50%-dəkini qarşılaya bilir. Lakin "Tesla" məhsulları üçün bu dəstək artıq qüvvədən düşüb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay