
“Yelo Bank”ın filial müdiri müştərini döyüb? - Açıqlama, Yenilənib
Xəbər verdiyimiz kimi, tanınmış vəkil Aqil Layıc "Facebook" səhifəsindəki paylaşımında filial müdiri Vüqar Xəlilovun xidmətin gecikməsinə etiraz edən müştərini döyərək çənəsini sındırdığını bildirmişdi. Sonradan o, paylaşımında düzəliş edərək bu şəxsin Vüqar Xəlilov deyil, Vüqar Mirzəzadə Rəhman oğlu olduğunu bildirib.
***
“Yelo Bank”ın filial müdirinin müştərini döyməsi haqqında məlumat yayılıb.
Valyuta.Az xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün "Facebook" səhifəsində paylaşıb.
O qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyərək çənəsini sındırıb.
"Yelo Bank"dan isə Pravda.az-a verilən açıqlamada V.Xəlilovun bankda çalışmadığını bildiriblər:
"Təəssüf edirik ki, adımız çəkilir. İlk növbədə “Yelo Bank”da Vüqar Xəlilov adlı şəxs 2024-cü ilin noyabr ayından bəri çalışmır. Statusda bəhsi keçən filial daxilində də belə hadisə baş verməyib. Yayılan məlumatlarla bağlı hazırda hərtərəfli araşdırma gedir, iddia olunan məsələ ilə bağlı Banka aid bir nüans olarsa, mütləq ictimaiyyətlə bölüşəcəyik”.
Mövzunu diqqətdə saxlayacağıq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay