
13.03.2025 / 12:10
Maliyyələşmə probleminə görə bu BOKT-un tenderi ləğv edildi
66979
"Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının Gəncə filialında dam örtüyünün quraşdırılması ilə bağlı elan etdiyi tender baş tutmayıb.
Valyuta.az-ın məlumatına görə, bu qərarın əsas səbəbi layihənin maliyyələşdirilməsinin dayandırılması olub.
Qeyd edək ki, təxminən maliyyə dəyəri 75 min 178 manat olan tender prosesi 30 iyul 2024-cü ildə saat 18:10-da elan edilib. Müsabiqəyə qatılmaq üçün təkliflərin son qəbul tarixi isə 26 avqust 2024-cü il, saat 15:00 olaraq müəyyən edilmişdi.
Lakin maliyyələşmənin dayandırılması səbəbindən tenderin keçirilməsindən imtina olunub.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay