BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8431
  • RUB
    1.9726
  • TRY
    0.0463
  • GBP
    2.2001
66998

Rusiyanın qaz nəhəngi "Qazprom"un baş direktoru Aleksey Miller 11 il əvvəl Sankt-Peterburqun mərkəzində şirkətin ixrac bölməsi üçün dəbdəbəli, İtaliya palazzo ( italyan Renessansı üçün xarektrik olan saray-mülk tipi.) üslubunda tikilmiş binanın açılışını həyata keçirdiyi zaman Avropaya satışlardan maliyyələşən parlaq bir gələcək vəd edirdi.

"Bu rəmzidir". "Avropa getdikcə daha çox Rusiya qazına ehtiyac duyacaq."  

Valyuta.Az xəbər verir ki, Miller bu tikililərə işarə edərək bildirmişdi.

Lakin bu dəbdəbəli ofislər indi "Qazprom"un sürətli tənəzzülünün simvoluna çevrilib. Ukraynadakı müharibə Rusiyanın Qərblə əlaqələrini pozduqdan sonra şirkət Avropa bazarlarını demək olar ki, tamamilə itirib.  

Çoxmilyardlıq itkilərlə üzləşən və qənaət yolları axtaran "Qazprom" rəhbərliyi, daxili müzakirələrdən məlumatı olan mənbələrin bildirdiyinə görə, palazzonun və şirkətə məxsus digər lüks daşınmaz əmlakların satışını nəzərdən keçirir.  

Sanksiyaların ən çox təsir etdiyi Rusiya şirkəti  

"Qazprom" beynəlxalq sanksiyalardan ən çox zərər çəkən Rusiya şirkəti hesab olunur. Üç il əvvəl Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra tətbiq edilən məhdudiyyətlər ümumilikdə ölkə iqtisadiyyatına ciddi təsir göstərməsə də, bəzi sahələrdə çətinliklər artır.

Şirkətin Avropaya qaz satışını həyata keçirən və bir zamanlar ən gəlirli bölmələrindən biri olan "Gazprom Export"da çalışanların sayı cəmi bir neçə on nəfərə enib. Mənbələrin bildirdiyinə görə beş il əvvəl, yəni Rusiyanın Avropaya ixracının zirvəsində bu bölmədə 600 işçi çalışırdı.  

Bina satışının və struktur islahatlarının mümkünlüyü daha əvvəl ictimaiyyətə açıqlanmayıb. "Qazprom"un mətbuat xidməti və Rusiyanın enerji nazirliyi isə bu məsələ ilə bağlı sorğulara cavab verməyib.  

Avropaya satışlar dayandığından, "Gazprom Export"ın qalan işçiləri əsasən keçmiş avropalı alıcılarla məhkəmə çəkişmələri ilə məşğuldur. Mənbələrdən biri bölməni "sadəcə bir qabıq" adlandırıb.  

Bu məqalə üçün "Reuters"  ilə danışıb. Hamısı anonimlik şərti ilə danışıb, çünki iş yerlərini itirməkdən çəkinirlər.

Daha geniş ixtisarlar  

Şirkətin problemləri yalnız ixrac bölməsi ilə məhdudlaşmır. Anonimlik şərti ilə "Reuters"ə danışan üç icraçı menecer və bir neçə keçmiş və hazırkı "Qazprom" əməkdaşı "Qazprom"un baş qərargahında 1 500 nəfərlik ixtisar planının doğruluğunu təsdiqləyib. Bu qərargah Rusiyanın və Avropanın ən hündür göydələni olan, Britaniya memarları tərəfindən dizayn edilmiş Sankt-Peterburqdakı "Lakhta Centre"də yerləşir.  

İşdən çıxarılmalar hələ rəsmi elan edilməsə də, işçilərə öz vəzifələrinin əhəmiyyətini izah edən fərdi təqdimatlar hazırlamaq tapşırılıb. Bir mənbənin sözlərinə görə, əməkdaşlardan, mümkün vəzifə təkrarlanmasının qarşısını almaq üçün iş funksiyalarını yazılı şəkildə təqdim etmələri istənilib. Bu prosesin bir neçə həftə ərzində başa çatacağı gözlənilir.  

Bu ixtisarlar "Qazprom"un baş qərargahındakı heyətin 40%-ni əhatə etsə də, şirkətin ümumilikdə Rusiyada 500 min nəfərlik işçi qüvvəsi var.  

"Qazprom"un rəhbərliyi Avropa paytaxtlarının nə dərəcədə qətiyyətli olacağını düzgün qiymətləndirməyib.  

"Şirkət daxilində düşüncə tərzi belə idi ki, Avropa tezliklə yenidən Rusiya qazına ehtiyac duyacaq və 'yalvaracaq'", – icraçı menecerlərdən biri bildirib.  

Lakin Avropa, enerji xərclərinin artmasına baxmayaraq, sanksiyaları ləğv etməyib.  

"Biz yanıldıq", – menecer etiraf edib.  

ABŞ-nin qaz ixracatçıları Rusiyanın Avropadakı yerini tez bir zamanda doldurub. 2021-ci ildən bəri ABŞ Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü üç dəfə artıraraq, qitənin ən böyük LNG təchizatçısına çevrilib. Avropa hələ də Rusiyanın dəniz yolu ilə daşınan LNG-sini alır, lakin əsasən "Qazprom"un rəqibi olan "Novatek"in "Yamal LNG" zavodundan.  

Avropa İttifaqı 2027-ci ilə qədər Rusiya mənşəli yanacaqdan tamamilə imtina etməyi hədəfləyir və qitənin ümumi qaz istehlakı qismən bərpa olunan enerji mənbələrinə keçid səbəbindən azalıb.  

Maliyyə itkiləri və əmlak satışları  

Keçən il "Qazprom" 7 milyard dollar xalis zərər açıqlayıb. Bu, şirkətin 1999-cu ildən – Vladimir Putinin hakimiyyətə gəldiyi ildən bəri ilk dəfə zərərə düşməsi deməkdir. 2024-cü ilin ilk 9 ayında da şirkət zərərlə işləməyə davam edib.  

Dekabr ayında "Qazprom"un səhmlərinin qiyməti 2009-cu ilin yanvarından bəri ən aşağı səviyyəyə düşüb – 106,1 rubl. Bu, ilin əvvəlindən bəri şirkətin dəyərinin üçdə birinin itməsi deməkdir.  

İllik maliyyə itkilərini elan etdikdən bir neçə ay sonra "Qazprom" Moskva və Ermənistanın "Güllər Vadisi"ndə yerləşən lüks otellərdən ibarət daşınmaz əmlak portfelini satacağını bildirib.  

"Qazprom" uzun illər boyu lüks daşınmaz əmlaka sərmayə qoyub. Bu mülklər həm işçilər üçün istirahət zonası, həm də 2014-cü il Olimpiya Oyunları kimi böyük tədbirlər üçün istifadə edilib.  

"Qazprom"un səhmlərində Tramp effekti  

Donald Trampın Ağ Evə qayıdışı "Qazprom"un səhmlərinin qiymətinin təxminən 180 rubl səviyyəsinə qədər bərpa olunmasına kömək edib. "Alpha Bank"ın keçən ay yaydığı qeydə görə, investorlar Ukrayna münaqişəsinin tezliklə həll olunacağı və bunun Avropaya ixracın bərpasına gətirib çıxaracağına ümid edirlər.  

Lakin Avropanın yenidən Rusiya qazından asılı olmaq üçün tələsməyəcəyinə dair çoxlu əlamətlər var. "Financial Times"ın məlumatına görə, Putinin uzunmüddətli müttəfiqlərindən biri ABŞ-ni 11 milyard dollarlıq "Şimal axını-2" boru kəmərinin yenidən işə salınmasına icazə verməyə inandırmağa çalışır. Bununla belə, Almaniya Rusiya enerjisindən asılılığa son qoymaq siyasətini davam etdirəcəyini bildirib.  

Hətta Avropanın belə bir marağı olsa belə, "Şimal axını" istifadəyə yararsız vəziyyətdədir və qismən zədələnib.  

Fevral ayında Londonda keçirilən Beynəlxalq Enerji Həftəsi konfransında "Shell"in qaz bölməsinin icraçı vitse-prezidenti Sederik Kremers, Rusiya qazının Avropaya geri dönməsi ehtimalı ilə bağlı sualı cavablandıraraq deyib: "Bu, bir çox amillərdən asılıdır."

O, "Qazprom"la aparılan çoxsaylı arbitraj işlərini qeyd edərək əlavə edib: "Müştərilər və Avropa yenidən Rusiya qazına eyni dərəcədə etibar etmək istəyəcəkmi?"

Avropa Komissiyasının məlumatına görə, "Qazprom"un Avropa bazarındakı payı sanksiyalar tətbiq olunmadan əvvəlki 35%-dən cəmi 7%-ə düşüb.  

Moskva Birjası, "Qazprom" və "Reuters"in hesablamalarına görə, şirkətin bazar dəyəri çərşənbə günü 46 milyard dollar civarında olub ki, bu da 2007-ci ildəki 330,9 milyard dollarlıq tarixi maksimumdan xeyli aşağıdır.  

Millerin arzuları suya düşüb  

"Qazprom" daxili bazara yönəlmək məcburiyyətində qalarkən, baş direktor Aleksey Millerin ambisiyaları puça çıxıb. 2007-ci ildə Miller "Qazprom"un bazar dəyərinin nə vaxtsa 1 trilyon dollara çatacağını iddia edirdi.  

Həmin dövrdə bu, mümkün görünürdü. Rusiya dünyanın qaz ehtiyatlarının beşdə birinə sahibdir və bu, "Qazprom"u ehtiyat baxımından ən böyük təbii qaz şirkətinə çevirirdi.  

Şirkət Sovet İttifaqında Qaz Sənayesi Nazirliyinin bazasında yaradıldıqdan sonra, gəlirləri Rusiyanın 2 trilyon dollarlıq ÜDM-nin 5%-dən çoxunu təşkil edirdi.  

"Qazprom" 24 ildir ki, prezident Putinin yaxın dostu olan Miller tərəfindən idarə olunur. Miller 2018-ci ildən ABŞ sanksiya siyahısındadır və amerikalı vətəndaşlar və şirkətlər onunla hər hansı biznes fəaliyyəti qura bilməz.  

Şirkət Sibirin və Arktikanın müəyyən şəhərlərini, o cümlədən "Qazprom"un yeganə işəgötürən olduğu Nadım kimi bölgələri tam nəzarətdə saxlayır. Rusiyanın 1993-1996-cı illərdə yanacaq və enerji naziri olmuş Yuri Şafranik "Reuters"ə 2023-cü ildə bildirib ki, "Qazprom" "dövlət içində dövlət" olub.  

Bununla belə, "Reuters"ə danışan mənbələr bu cür şəhərlərdə iş yerlərinin ixtisarı və ya istehsal sahələrinin bağlanması ilə bağlı heç bir planın olmadığını qeyd ediblər.  

Çinə ixracın artırılması nə dərəcədə realdır?  

Putinin Avropa bazarlarını Çinlə əvəzləmək planı hələlik real görünmür. Hazırda ən iddialı layihələr belə keçmişdə Avropaya ixrac edilən illik 180 milyard kubmetr qazın yarısını belə əvəzləyə bilmir.  

Rusiya neft ixracatçıları Asiyada sanksiya tətbiq etməyən ölkələrə tankerlər göndərə bilsə də, qaz boru kəmərlərinə bağlı olduğundan alternativ bazarlar tapmaqda çətinlik çəkir.  

2023-cü ildə rekord səviyyədə aşağı düşən qaz hasilatı keçən il bir qədər bərpa olunsa da, daxili tələbatın artması və Çinə ixracın genişlənməsi üçün kifayət qədər boru kəməri gücü yoxdur.  

Hazırda Rusiyanın Çinə boru kəməri ilə qaz tədarükü üçün cəmi bir marşrutu var – "Sibir Gücü" boru kəməri. Bu xətt ildə 38 milyard kubmetr qaz nəql edir.  
İkinci, daha kiçik bir boru kəmərinin tikintisi davam edir. Bu xətt 2027-ci ilə qədər Saxalin adasını Çinlə birləşdirəcək və illik 10 milyard kubmetr qaz ötürmə gücünə malik olacaq.  

Rusiya və Çin artıq on ildən çoxdur ki, "Sibir Gücü-2" adlanan və illik 50 milyard kubmetr qaz nəql etməyə hesablanmış üçüncü boru kəməri layihəsini müzakirə edirlər. Bu xətt Çinin qaz tələbatının onda birini ödəyə bilərdi, lakin qiymətlə bağlı fikir ayrılıqları səbəbindən danışıqlar dalana dirənib.  

May ayında Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya və Çin yaxın gələcəkdə "Sibir Gücü-2" layihəsi üzrə müqavilə imzalamağı gözləyir.  

Yanvarda Vladimir Putin və Çin prezidenti Si Cinpin layihəni müzakirə etsələr də, konkret razılıq əldə olunmayıb. "Qazprom"la danışıqlar aparan "China National Petroleum Corporation" bu məsələ ilə bağlı şərh verməkdən imtina edib. Rusiya hökuməti isə sorğulara cavab verməyib.  

Ekspertlər bildirirlər ki, hətta "Sibir Gücü-2" boru kəməri sürətlə tamamlanarsa belə, tədarük həcmi və qiymət şərtləri Avropaya keçmişdə edilən ixracdan xeyli aşağı olacaq.  

Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin analitikləri qeyd edirlər ki, 2030-cu ilə qədər Rusiyanın qaz ixracından əldə etdiyi gəlirlər 2022-ci illə müqayisədə 55-80% azalacaq. O il (2022-ci il) Rusiya qaz sənayesi üçün rekord qazanc ili olmuşdu və 165 milyard dollar gəlir əldə edilmişdi.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şahbuz işıqlanacaq - Yüz minlərlə vəsait ayrıldı

Azərbaycanda tələbələrə verilən təqaüdlər və məbləği – 66-dan-400 manata qədər

2025-ci ildə dünyanın ən yaxşı qastronomik şəhərləri - Siyahı

"Premium Bank"ın aktivlərində 45 mln. manatlıq azalma - Hesabat

Tikintisi doqquz ildir ləngiyən Mədəniyyət Sarayı

İlk 60 Dəqiqə: Yeni günə daha məhsuldar başlamağın yolları - SƏHƏR OXUSU

May ayında Avropada ziyarət etməyə dəyər üç heyrətamiz məkan

İş saatları nə vaxt dəyişdiriləcək?

"Starbucks" 50 mln. dollar təzminat ödəyəcək - Məhkəmə qərarı

"Vitta Elmi-Texniki" MMC DSX-dən növbəti milyonluq sifarişini aldı

2025-ci ilin valyuta qalibləri: dollar ilk beşlikdə yoxdur

Neft, dollar və borclar: Yaxın Şərq qlobal ticarət müharibəsindən nə qədər təsirlənəcək?

Agentlik sədrinə yeni müavinlər təyin edildi

Salyan rayonunda milyon yarımlıq abadlıq işləri görüləcək

Bayram günlərində yağış yağacaq, temperatur 10-15 dərəcə enəcək

"A-Qroup Sığorta"nın gəlirlərində 4 milyonluq azalma - Hesabat

"Qazprom"un dərinləşən problemləri - "Reuters"in araşdırması

Azərbaycanda minlərlə kahı hərraca çıxarılacaq

Azərbaycanda minlərlə kahı hərraca çıxarılacaq

Bakıda 24, rayonlarda 30 dərəcə isti olacaq

Bu universitetə rektor əvəzi təyin olundu (FOTO)

İlham Əliyev səfirlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Prezident bu şəxsləri təltif etdi

Bakıda yanğın təhlükəli şadlıq saraylarının fəaliyyəti dayandırılıb (Video)

"DOST" 3.3 milyonluq tenderini də bu şirkətə verdi - ümumilikdə isə 18 milyondan çox...

"Intel"in yeni baş direktorunun məvacibi açıqlanıb

Ronaldonun məşhur "Toto" restoranı bağlandı

Pulsuz yaşamaq: Borc yığmamaq üçün ən yaxşı strategiyalar - SƏHƏR OXUSU

Alış-veriş zamanı büdcəmizə necə qənaət edək?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin