BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.9379
  • RUB
    2.1492
  • TRY
    0.0433
  • GBP
    2.3014
66906

AMD, "Windows 11" və "Windows 10" əməliyyat sistemlərini yenidən quraşdırmağa ehtiyac qalmadan prosessor dəyişdirməyə imkan verən yeni funksiyasını təqdim edib.

Valyuta.az xəbər verir ki, ötən ay AMD çipset sürücüsü üçün 7.02.13.148 versiyalı böyük bir yeniləmə yayımlayıb. Bu yeniləmə "Microsoft Pluton" təhlükəsizlik köməkçi prosessoru üçün təkmilləşdirilmiş dəstək təqdim etməklə yanaşı, 

"AMD Tətbiq Uyğunluğu Veritabanı Sürücüsü" (AMD Application Compatibility Database Driver) adlı yeni bir funksiyanı da özündə ehtiva edirdi. Texnologiya həvəskarlarının marağına səbəb olan bu yenilik, AMD-nin gələcək planlarına işıq salır.

Bu yaxınlarda AMD Ryzen 9 9950X3D və 9900X3D prosessorlarını təqdim edib və bu elanın bir hissəsi olaraq çipset sürücüsündə yeni funksionallıq da ortaya qoydu. Birincisi, AMD, Ryzen 9 prosessorlarında oyun performansını optimallaşdırmaq üçün güc və tezlik parametrləri ilə birlikdə "əsas dayandırma" dan istifadə etdiyini söylədiyi "Yenilənmiş Təminat Paketləri Xidmətini" vurğulayır.

Provizion paketi (.ppkg) nədir?

Bu fayl kompüterin konfiqurasiyasını idarə edən bir sıra parametrləri ehtiva edir və əməliyyat sistemini yenidən qurmadan prosessor dəyişməyə imkan yaradır. Yəni, artıq istifadəçilər prosessor yenilədikdə və ya dəyişdirdikdə sistemi yenidən quraşdırmağa ehtiyac duymayacaqlar.

16 və 12 nüvəli X3D prosessorlarında diqqət çəkən maraqlı bir dizayn xüsusiyyəti var: Bu prosessorların yalnız bir CCD-sində 3D V-keş texnologiyası mövcuddur. Buna görə də, oyunların yalnız həmin CCD-də işləməsi lazımdır. Əvvəllər prosessor dəyişdirildikdə, Windows-un bu dəyişikliyi qəbul etməsi üçün əməliyyat sisteminin tamamilə yenidən qurulması tələb olunurdu.

Lakin AMD bu problemi yeni "Automatic Processor Detection" xüsusiyyəti ilə həll edir. Bu funksiya hər sistem açılışında prosessoru yoxlayır və lazım gəldikdə provizion paketlərini avtomatik yeniləyir. AMD bu xüsusiyyəti belə izah edir:

"Sistem açıldıqda avtomatik olaraq yoxlama aparır və prosessor dəyişdirilibsə, uyğun provizion paketlərini yeniləyir. Artıq istifadəçilərin prosessor dəyişikliklərində "Windows"u yenidən qurmalarına ehtiyac yoxdur".

Proqram uyğunluğu verilənlər bazası sürücüsü

Bundan əlavə, AMD yeni sürümlə birlikdə "Tətbiq Uyğunluğu Məlumat Bazası Sürücüsü" adlanan başqa bir funksiyanı da təqdim edib. Bu sürücü, PPKG və AMD-nin 3D V-keş performans optimallaşdırıcısı ilə uyğun olmayan oyunları müəyyən edərək bir ağ siyahı (whitelist) yaradır. Bununla yanaşı, iş parçacığı hovuzunun ölçüsünü optimallaşdıraraq daha səmərəli işləməyə imkan verir.

Bu metod AMD-nin daha əvvəl "Threadripper" prosessorlarında və "Microsoft" ilə birgə inkişaf etdirdiyi texnologiyadan ilhamlanıb. Xüsusilə yüngül iş parçacıklı tətbiqlərin performansını artırmağa yönəlmiş bu üsul, oyunsevərlərin gözləntilərini qarşılamaq üçün hazırlanıb.

Hazırda dəstəklənən oyunlar

AMD-nin optimallaşdırdığı oyunlar arasında aşağıdakılar var:

Deus Ex: Mankind Divided
Dying Light 2
Far Cry 6
Metro Exodus və Enhanced Edition
Total War: Three Kingdoms
Total War: Warhammer III
Wolfenstein: Youngblood

Bu yeniliklər AMD prosessorlarını istifadə edənlər üçün daha rahat və çevik bir sistem dəyişdirmə imkanı yaradaraq, performans və istifadə rahatlığını artırır.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

Nazir Xəzinədarlıq İdarələrini ləğv etdi - Yalnız bir quruma rəis təyin edildi

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Gömrük Komitəsinin sabiq şöbə rəisinə hökm oxundu

“Təzə bazar”da nöqsanlar aşkarlandı

“Boeing”in səhmləri Hindistanda baş verən təyyarə qəzasından sonra 7%-dən çox ucuzlaşıb

Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR

Bəzi binaların tikintisi üçün yeni qaydalar tətbiq olunur

Rusiya Ayda ilk dəfə AES tikəcək

Kəlbəcərə ilk köç olacaq

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Robotexnika startapı güclənir - "Nvidia" və "Samsung" sərmayə yatıracaq

Azərbaycanın şampun aldığı əsas ölkələr

Azərbaycanın şampun aldığı əsas ölkələr

Bu ayaqqabıya verəcəyiniz pul ayağınızı yerdən kəsə bilər - 28 milyonadır

Bank "BTB”də yeni təyinat

Daşınmaz əmlakla bağlı YENİLİK

Kriptovalyuta ilə ödəniş edən turistlərin sayı artır

Sabah Bakıda 30, rayonlarda 37 dərəcə isti olacaq

“Apple” bu funksiyanı yenilədi - Uşaqlar icazəsiz yeni nömrəyə mesaj göndərə bilməyəcək

Avtobus zolaqlarında maşınlara minib-düşmək olacaq

Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi

“Billur Petrol” işçilərin hüquqlarını pozdu - Şirkətin rəhbəri cəzalandırıldı

Yasamalda restoran və iri tibbi mərkəzi kimi fəaliyyət göstərən obyekt satışa çıxarıldı - QİYMƏT

Yasamalda restoran və iri tibbi mərkəzi kimi fəaliyyət göstərən obyekt satışa çıxarıldı - QİYMƏT

"TuranBank" 33 yaşını qeyd edir®

"Snapchat"ın bu xidmətinə görə ödəniş etməli olacağıq

Bir kiloqramı 450 manata yerli çay

“Kosmik gəmi səhv tərcümə səbəbindən məhv olmuşdu” - 327 milyon dollarlıq itki

İran Azərbaycana qarpızın kilosunu 1,10 manata satıb

Qaz və işıqla bağlı yeni qanunlar nə vaxt qüvvəyə minəcək?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin