BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.9425
  • RUB
    2.1533
  • TRY
    0.0434
  • GBP
    2.2992
66441

Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) təsisçisi və Baş direktoru Aydın Talıbov və onu müşayiət edən şirkətin rəhbərliyində təmsil olunan şəxslər Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olublar. "Veysəloğlu" nümayəndələrini təhsil ocağının rektoru Elmar Qasımov qarşılayıb və onları universitetdə olan infrastrukturla ətraflı tanış edib. Neft Məktəbində baş tutan infoturda “Veysəloğlu” rəhbərliyi tələbələr üçün yaradılan şəraitlə tanış olub: auditoriyalar, yeməkxana, idman zalları və tələbə yataqxanasına baxış keçirilib.

Ardınca “Veysəloğlu” rəhbərliyinin təmsilçiləri ilə təhsil ocağının professor və müəllim heyəti arasında görüş olub, ətraflı fikir mübadiləsi aparılıb. Qərara gəlinib ki, gələcəkdə təhsil ocağı ilə “Veysəloğlu” arasındakı münasibətlər genişləndirilsin və bir sıra istiqamətlər üzrə əməkdaşlıqlar edilsin.

Bundan sonra, Ali Neft Məktəbinin “Senat” zalında SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi baş tutub. Memorandumu VŞQ-nin təsisçisi Aydın Talıbov, BANM tərəfindən isə rektor Elmar Qasımov imzalayıb.

İmzalanma mərasiminin ardınca, elə həmin zalda Aydın Talıbovla ali təhsil ocağının tələbələri arasında səmimi söhbət olub, tanınmış iş adamı tələbələrin suallarını cavablandırıb. Tələbələrin ünvanladığı bəzi sahəvi suallara isə “Veysəloğlu” Qrupuna aid olan şirkətlərin rəhbərləri tərəfindən ətraflı izah verilib. Tədbirin sonunda xatirə şəkili çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çin Trampa görə "Apple"a qadağa qoydu

Metro işçiləri nə qədər qazanır?

Alimlər yeni iqlim fenomenini aşkar etdilər: Quraqlıqları iki dəfə gücləndirib

“Report”a yeni baş redaktor təyin olundu

Bu ölkədən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Niyə Avropada kredit faizləri 3, Azərbaycanda 18-dir?

Niyə Avropada kredit faizləri 3, Azərbaycanda 18-dir?

Həkimlərə verilən əlavələr dayandırıldı

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

Prezident Azərbaycan xalqını təbrik etdi

Bayram gününün hava proqnozu

Bağlanmış bankların əmanətçilərinə nə qədər vəsait qaytarılıb?

Yapon şirkəti Çinin qərarından sonra məşhur modelin istehsalını dayandırdı

Kəmaləddin Heydərov əmr imzaladı

Mərkəzi Bank yeni binanın pulunu bir ilə çıxarıb - 835 milyon manat...

Mərkəzi Bank: Bank sektorunun müddətli xarici borcu 23%-dən çox artıb

Nazir ona vəzifə verdi - FOTO

“S&P” Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini sabit saxlayıb

“S&P” Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini sabit saxlayıb

Lisey və gimnaziyalara imtahan vaxtı açıqlandı

İcra Hakimiyyətinin şöbə müdirinə elektron qolbaq taxıldı

Qlobal şirkətdə iş istəyənlər üçün QIZIL QAYDALAR

Türkiyəli iş adamının Azərbaycanda yaratdığı 34 milyonluq aviaşirkət bağlanır

Bu yolda hərəkət istiqaməti dəyişdirilir

"JPMorgan"dan kriptovalyuta ilə bağlı qərar

Eyni vaxtda bir neçə işdə çalışa biləcəyik - Yeni mexanizm hazırlanır

Eyni vaxtda bir neçə işdə çalışa biləcəyik - Yeni mexanizm hazırlanır

Azərbaycan nefti ucuzlaşıb

“Azsığorta”da yeni təyinat

Hərəyə 10 manat qoyub başlamışdılar - 16 yaşda qurulan biznesin hekayəsi

İran Azərbaycana 9 manatdan pivə satıb

Şəhərin mərkəzdəki "Residence the Private Room" obyekti satışdadır - QİYMƏT

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin