
04.03.2025 / 19:41
Türkiyə vətəndaşının ölkədən çıxışına "stop" qoyulub
66393
"Star Publik Transport" Məhdud Məsuliyyətli Cəmiyyəti rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Valyuta.az-ın məlumatına görə, şirkətin qanuni təmsilçisi Selim Evsenin Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 272047.98 manat vergi borcu yaranıb.
Nizamnamə kapitalı 564 min manat olan şirkətin rəhbəri Selim Evsenə sözügedən borcun ödənilməsi üçün vaxt verilib. Verilən vaxta vergi borcunu ödəməyən Türkiyəli sahibkarın ölkədən çıxışına “stop” qoyulub.
Sabiq İsbəndərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay