BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.8519
  • RUB
    1.9517
  • TRY
    0.0465
  • GBP
    2.2035
66385

Marketlərdə, eləcə də paytaxt küçələrində satıcılıqla məşğul olan şəxslərin piştaxtalarında qablaşdırılmamış, açıq şəkildə satılan çərəzlərə tez-tez rast gəlinir.

Xüsusilə Ramazan ayı və Novruz bayramı ərəfəsində bu qidalara tələbat artır.

Çəki ilə satılan həmin qidaların istifadəsinin kommersiya prosesindən asılı olaraq sağlamlığımızda müəyyən problemlərə gətirib çıxara biləcəyi iddia olunur.

Sözügedən məsələ ilə bağlı açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev açıq şəkildə satılan xurma və çərəzlərin (fındıq, badam, qoz və s.) toz, rütubət, bakteriya və digər xarici maddələrlə təmasda olduğunu bildirib:

“Marketlərdə, bazarlarda və ya küçədəki satış nöqtələrində gigiyena qaydalarına tam riayət edilmədiyi hallarda həmin yerlərdən çərəz qəbulu problem yarada bilər. Məsələn, havada olan toz qidaların üzərinə çökərək onların çirklənməsinə səbəb olur. Eyni zamanda satıcıların əlləri ilə məhsula tez-tez toxunması və ya müştərilərin açıq qidalara yaxın məsafədən öskürməsi, asqırması mikrobların yayılmasını sürətləndirir. Xurma kimi nəmli qidalar xüsusilə riskli ola bilir, çünki nəm mühit bakteriya və kif göbələklərinin çoxalması üçün əlverişli mühit yaradır. Əgər xurma açıq şəkildə uzun müddət saxlanılırsa və düzgün havalandırılmırsa, "Aspergillus" kimi kif növləri inkişaf edə bilir. Bu kiflər aflatoksin kimi toksinlər ifraz edə bilir ki, bu da uzun müddətli istehlakda qaraciyər problemlərinə səbəb olur. Çərəzlər də oxşar risklərlə üzləşə bilir. Xüsusilə qovrulmamış və ya qabığı ilə satılan növlər nəm çəkdikdə kiflənməyə meylli olur”. 

A.Vəliyevin fikrincə, Ramazan ayında oruc tutanlar üçün iftar zamanı xurma ilə oruc açmaq ənənədir. Ekspert bu xüsusda paketləşdirilmiş məhsullardan istifadəni tövsiyə edib:

“Novruzda isə çərəzlər masa üstündə tez-tez yer alır. Hər iki bayramda qida istehlakı artdığına görə açıq satışın yaratdığı risklər daha da aktuallaşır. Məsələn, xüsusilə mart ayının sonları Azərbaycanda havalar bəzən isti keçə və açıq qidalar daha tez xarab ola bilir. Həmçinin, bayram ərəfəsində insanların sıx toplaşdığı bazarlarda gigiyenik şəraitə nəzarət etmək çətinləşir. Çirkli qidalar "Salmonella" və ya "Escherichia coli" kimi bakteriyalara yoluxa bilər. Bu da ishal, qusma və qarın ağrısına səbəb olur. Toz və ya digər allergenlər qidalarla qarışdıqda həssas insanlarda allergiya yarada bilir.

Bazarlarda satılan qidalar yaxınlıqdakı avtomobil tüstüsü və ya pestisidlərlə təmasda ola bilər. Kifli qidaların istehlakı kanserogen maddələrin orqanizmdə toplanmasına səbəb olur.Bu riskləri minimuma endirmək üçün bir neçə ehtiyat tədbirləri görə bilərik. Mümkünsə bağlı paketlərdə satılan xurma və çərəzləri seçməliyik. Etiketləri oxuyaraq istehsal tarixi və saxlama şərtlərini yoxlamalıyıq. Xurmanı və yuyula bilən çərəzləri (məsələn, püstənin qabığını) istehlakdan əvvəl ilıq su ilə yumalıyıq. Qidaların tozdan və günəşdən qorunduğuna, satıcının gigiyena qaydalarına riayət etdiyinə diqqət etsək yaxşı olar.Alınan qidaları hava keçirməyən qablarda, sərin və quru yerdə saxlasaq gec xarab olar”.

©Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda minlərlə kahı hərraca çıxarılacaq

Azərbaycanda minlərlə kahı hərraca çıxarılacaq

Bakıda 24, rayonlarda 30 dərəcə isti olacaq

Bu universitetə rektor əvəzi təyin olundu (FOTO)

İlham Əliyev səfirlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Prezident bu şəxsləri təltif etdi

Bakıda yanğın təhlükəli şadlıq saraylarının fəaliyyəti dayandırılıb (Video)

"DOST" 3.3 milyonluq tenderini də bu şirkətə verdi - ümumilikdə isə 18 milyondan çox...

"Intel"in yeni baş direktorunun məvacibi açıqlanıb

Ronaldonun məşhur "Toto" restoranı bağlandı

Pulsuz yaşamaq: Borc yığmamaq üçün ən yaxşı strategiyalar - SƏHƏR OXUSU

Alış-veriş zamanı büdcəmizə necə qənaət edək?

ABŞ fond bazarı üç həftə ərzində 5 trilyon dollar dəyər itirib

Dünyanı 95 dəqiqəyə dolaşmaq: Gələcəyin kosmik təyyarəsi təqdim edildi

BMW-nin mənfəəti kəskin azaldı: "Bu oyunda qalib yoxdur"

30 manatlıq şirkətinin 50 minlik borcu var

"Control Union Azerbaijan" nizamnamə kapitalını 175 min dollara endirdi

Bayden Tramp üçün 300 milyard dollarlıq borc saxlayıb

Sumqayıt bulvarında cari təmir üçün 250 minlik tender

“Emininşaat”ın rəhbərinə “stop” qoyuldu

15 avtomobil hərraca çıxarılacaq -4900 manatdan

"Xəzər Konsaltinq Agentliyi"nin borcu 100 minə yaxınlaşır

“A Glass Travel” şirkətinin rəhbərinə “stop” qoyuldu

Deputatlarımız 14 məsələnin müzakirəsi üçün bir araya gələcək

Novruz gəlir - Bayram günlərində nə və necə yeyək?

İlham Əliyev “Euronews" televiziyasına müsahibə verdi - TAM MƏTN

Naxçıvan MR DSMF ABB ilə 400 min manatlıq müqavilə bağlayacaq

Dövlət Turizm Agentliyində yoxlama aparılır

74 yaşlı sahibkarın ölkədən çıxışına "stop" qoyuldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin