
03.03.2025 / 15:52
18 aptekdə yoxlama aparıldı, 3-də nöqsan aşkarlandı
66287
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) fevral ayında 18 aptekdə yoxlama aparıb.
Valyuta.az xəbər verir ki, bu barədə AEM məlumat yayıb.
Qeyd olunub ki, həmin müddətdə Bakı şəhəri üzrə 16, respublikanın digər şəhər və rayonlarında isə 2 aptek olmaqla, 16 aptekdə planlı, 2 aptekdə isə yoxlamadan kənar təftiş aparılıb.
Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb, İnzibati Xətalar Məcəlləsinin 210.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay