BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
66079

Süni intellekt sahəsindəki inkişaflar sürətlə davam edir və insan robotlar da hər keçən gün həyatımıza bir addım daha yaxınlaşır. Xüsusilə “Protoclone” və “Neo Gamma” kimi modellərin son dövrlərdə böyük səs-küy yaratdığını söyləmək mümkündür. Lakin insansı robotlar dedikdə, bu iki modelin önə çıxdığını desək də, bu sahədəki diqqətəlayiq digər robotlar da mövcuddur. 

Valyuta.az xarici mənbəyə istinadən son dövrlərdə önə çıxan 5 insan robot haqqında məlumatı sizlərə çatdırır. 

“Protoclone”

Son günlərdə paylaşılan video ilə böyük maraq doğuran Protoclone, Clone Robotics tərəfindən təqdim olunub və dünyada ilk iki ayaqlı, baş- skelet isteminə sahib android olaraq tanınır. Clone Roboticsin verdiyi məlumata görə, “Protoclone” 200-dən çox hərəkət sərbəstliyinə, 1000-dən çox miyofibera və 500 sensoraya sahibdir. Üzü olmayan bu robot, şirkət tərəfindən "anatomik olaraq düzgün bir sintetik insan" olaraq xarakterizə edilir. Clone Roboticsin digər layihələri arasında sintetik bir əl və bədən də mövcuddur.

“NEO Gamma”

İnsan bənzəri robotlar inkişaf etdirən “1X” şirkətinin 100 milyon dollar yatırım aldığı barədə sizə məlumat paylaşılmışdı. Yeni nəsil ev robotu olan "NEO Gamma", "1X Technologies" tərəfindən hazırlanıb. Sənayedə istifadəyə uyğun ənənəvi insan robotlardan fərqli olaraq, “NEO Gamma” ev dostluğu, kömək və uyğunlaşa bilənlik xüsusiyyətlərinə öncəlik verir. Ev mühitinə xüsusi olaraq dizayn edilmiş “NEO Gamma”nın ağıllı avtomatlaşdırması insan bənzəri qarşılıqlı əlaqə ilə birləşdirilir. Bu robot təbii danışma qabiliyyəti, həssas obyekt manipulyasiyası və inkişaf etmiş təhlükəsizlik xüsusiyyətləri ilə ön plana çıxır. "NEO Gamma" yalnız gündəlik ev işlərini yerinə yetirməkdə deyil, həm də yaşlılarla dostluq quraraq həyat keyfiyyətini artırmağı hədəfləyir. “1X Technologies” “NEO Gamma”nın təkmilləşdirilmiş süni intellekt modellərindən istifadə etdiyini vurğulayır və robotun real dünyaya uyğunlaşa bilməsi sayəsində tamamilə müstəqil ev assistentləri sahəsində böyük bir irəliləyiş olduğunu bildirir.

“Optimus”

İlk dəfə 2022-ci ildə təqdim olunan “Tesla”nın insan robotu “Optimus” əslində “Tesla”nın təxminən 10 ildir üzərində çalışdığı bir layihədir. 2023-cü ildə “Tesla” robotun obyektləri avtomatik şəkildə sıralama bacarığını nümayiş etdirən bir video yayımladı. Bu videoda, “Tesla”nın bu layihədə irəlilədiyi və yeniləmələrlə robotun daha stabil hala gəldiyi açıq şəkildə göründü. “Tesla”nın məqsədi “Optimus” ilə təhlükəsiz olmayan, təkrarlanan və ya sıxıcı tapşırıqları yerinə yetirə bilən ümumi məqsədli, müstəqil insansı robot yaratmaqdır. “Optimus” robotları, “Tesla” tədbirlərində tez-tez rəqs hərəkətləri ilə diqqət çəkir. Yaxın gələcəkdə isə “Tesla” fabriklərində istifadəyə başlanacaq. Şirkətin qurucusu və “CEO”su Elon Musk bir neçə ay əvvəl etdiyi açıqlamada “Optimus”un bu il fabriklərdə istifadə olunmağa başlanacağını və 2026-cı ildə satışa çıxarılacağını bəyan edib.

"Atlas"

İnsan robotlar dedikdə, bəlkə də ilk ağla gələn şirkət “Boston Dynamics”dir. 1992-ci ildə qurulan və 2013-cü ildən bəri yaxından izlədiyimiz “Boston Dynamics” 2015-ci ildən etibarən insan robotu “Atlas” ilə maraq doğurur. Robot texnologiyaları sahəsində 32 illik təcrübəyə sahib olan şirkət uzun müddətdir məşhur olan hidravlik “Atlas” robotlarını "təqaüdə" göndərərək, tamamilə elektriklə işləyən bir versiyasını bazara təqdim edib. Bu yeni versiya, real dünyadakı sektoral ehtiyacları qarşılamaq üçün xüsusi olaraq dizayn edilib. “Boston Dynamics”in açıqlamalarına görə, elektrikli “Atlas” robotunun əsas istifadəsi sahələrindən biri avtomobil sənayesi olacaq. İlk olaraq “Hyundai” “Atlas” robotunu istifadə edəcək. “Atlas” ətrafını tanımaq üçün maşın öyrənməsi görüntü modelindən istifadə edərək, mühitdəki dəyişiklikləri və fəaliyyət xətalarını anlaya bilər və onlara reaksiya verə bilər.

“Apollo”

Son günlərdə “Apptronik”in 350 milyon dollar yatırım aldığı barədə məlumatverilmişdi. Apptronik tərəfindən istehsal olunan “Apollo” şirkətinin saytına görə yaxın gələcəkdə anbarlarda və istehsal müəssisələrində fəaliyyət göstərəcək. İrəlidə isə, “Apollo”nun inşaat, neft və qaz, elektron istehsalı, pərakəndə, evə çatdırılma və yaşlı baxımı kimi bir çox sahədə xidmət göstərməsi planlaşdırılır. “Apptronik” komandası NASA-nın “Valkyrie” robotu da daxil olmaqla, 10-dan çox robotun hazırlanmasında iştirak edib. 

Bu robotlar gələcəyin texnologiyalarını və həyatımıza olan təsirlərini açıq şəkildə nümayiş etdirir və insan robotların inkişafı sahəsində mühüm addımların atıldığını göstərir.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

WSJ: Dünyada onlarla kriptovalyuta firmasının sahibi oğurlanıb

DTX əməliyyat keçirdi - terror təşkilatı ilə əlaqəli şəxslər saxlanıldı -VİDEO

"TikTok" yeniyetmələr üçün gecə meditasiya seansları təklif edəcək

Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib®

Sabah Bakıda hava yağmursuz olacaq

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? - Rəqəmlər

Nazir rəisi təqaüdə göndərdi - Yeni təyinat

İşdəki haqsızlıqlara dözməklə büdcə idarəetməsinin əlaqəsi - Yəhudi üsulu

İşdəki haqsızlıqlara dözməklə büdcə idarəetməsinin əlaqəsi - Yəhudi üsulu

Britaniya şirkəti “Gilar” qızıl yatağında tammiqyaslı hasilata başlayıb

Azərbaycanda bu kağız sənəd ləğv edilir

Ən çox milyarder yetişdirən 10 biznes məktəbi - SİYAHI

"Xiaomi" çip dizaynına 6,9 milyard dollarlıq sərmayə qoyacaq

Bağçalara qəbulda növbələrin yaradılması dayandırılır

Azərbaycanda mirasla bağlı qanun dəyişir

Dövlət büdcəsindən müxtəlif xəstəliklərin müalicəsinə 303,4 milyon vəsait ayrılacaq

Ötən il 33 milyon, bu il isə 35 milyonluq sifariş - Deputata məxsus olduğu deyilən şirkət yenə qalib seçildi

Azərbaycanda vərəsə miras açıldıqdan sonra ölərsə, onun pay almaq hüququ yaxınlarına ötürüləcək

Evləri plana düşən vətəndaşları sevindirəcək yenilik

Etibarlı parolu necə yaratmaq olar?

Bakıda gecə leysan yağacaq

Sahil Babayev dövlət vəsaitlərini niyə banklara yerləşdirir? - Rəsmi cavab

Sahil Babayev dövlət vəsaitlərini niyə banklara yerləşdirir? - Rəsmi cavab

Azərbaycanda bu şəxslər 600 manat alacaq

Azərbaycanda sabiq vəzifəli şəxsə elektron qolbaq taxıldı

Mərkəzi Bank “İnteraktiv statistik məlumat bazası”nı istifadəyə verdi

Azərbaycanda sürücülük vəsiqəsi lazım olmayacaq

Dələduzlar onların 15 min manatını kartlarından oğurladı

Rumıniyanın yeni prezidentinin adı məlum oldu

Bu maşınlar bahalaşdı

Şəhərin mərkəzində kofeşop satılır - QİYMƏT

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin